Accessibility links

Demokratlar partiyasından namizədlik uğrunda mübarizə başa çatmaq üzrədir


Sabiq ABŞ dövlət katibi Hillari Klinton ölkənin iki əsas partiyasından birindən prezidentliyə ilk qadın namizəd olması ilə tarixə düşə bilər.

Gələn ay Filadelfiyada təsdiqlənməyincə Hillari Klinton rəsmi olaraq demokratlar partiyasından namizəd hesab edilmir. Lakin o, Vermont senatoru Berni Sandersi məğlub edə bilmək üçün ona lazım olan 2383 nümayəndəni toplayıb.

Klinton bazar ertəsi Los Ancelesdə keçirdiyi kampaniya zamanı təmkin nümayiş etdirib.

“Mən sizə deməliyəm ki, məndə olan məlumata görə biz tarixi dəyişikliyin astanasındayıq. Presidentsiz bir andır. Amma bizim görəcək çox işimiz var elə deyilmi? Bizim sabah altı səsverməmiz var və biz hər bir səs üçün vuruşacağıq. Əsasən də burada Kaliforniyada” deyə Hillari Klinton bildirib.

Fərqli mətbuat mənbələrinin açıqladığı deleqasiya saylarına məhəl qoymayan Sanders bu gün Kaliforniya və beş digər ştatda keçiriləcək seçkilərdə böyük qələbə əldə edəcəyini proqnozlaşdırır. Sanders sona qədər namizədlik uğrunda mübarizə aparacağını vəd edib.

Sandersin sözçüsü bəyanatında deyib ki, Klinton hazırda onun tərəfində olan super nümayəndələri sayaraq üstünlüyün onda olduğunu deyə bilər. Amma o nümayəndələr konvensiyadan əvvəl mövqelərini dəyişmək üçün azaddırlar.

Çərşənbə axşamı praymeri prosesində son əsas günüdür. Belə ki, 851 nümayəndənin heç biri hələ səs verməyib.

XS
SM
MD
LG