Accessibility links

Milliyonlarla mühacirə qapı açmış Nyu-York şəhərinin Ellis adası Sandi qasırğasından bir il sonra qapılarını ziyarətçilərinin üzünə açıb. Qasırğa nəticəsində Birləşmiş Ştatların şərq ştatlarının çoxunda dağıntı meydana gəlmişdi.

Keçən il qasırğadan böyük zərər çəkən Ellis adasında yerləşən Mühacir muzeyinə ilk ziyarətçi səfəri Nyu-York limanından edilib. Muzeydə sərgilənən bir milliyondan çox şəkil və digər əsərlər hələ də nümayişə çıxarılmayıb. Rəsmilər ziyarətçilərin əcdadlarını araşdırdığı kompyuterlərin tam təmir olunmadığını deyib.

Ellis adası ilk dəfə 1892-ci ildə açılıb və ada vasitəsi ilə 1954-cü ilədək əksəriyyəti Avropadan olmaqla 12 milliyon mühacir ABŞ-a daxil olub. Prezident Lindon Conson 1965-ci ildə adanı Azadlıq Milli Abidəsinin bir parçası adlandırıb.

2012 ilin oktyabr ayının 29-da Nyu-York və Nyu-Cersi sahillərini vuran Sandi qasırğası ilin ən ölümcül və dağıdıcı qasırğası kimi yadda qalıb. Qasırğa 100-dən çox insanın ölümünə və 65 milyard dollar zərərə səbəb olub.

Federal hökümət 14 milyard dollardan çox zərər çəkənlərə yardım göstərib. Federal rəsmiləri Nyu-York şəhəri daxil olmaqla, beş ştata beş miliyard dollar dəyərində ikinci yardım paketini açıqlayıb.
XS
SM
MD
LG