Accessibility links

Kameron Diaz, Cennifer Aniston, Sandra Bullok üçlüyü yeni film üzərində işləyir


Hər şey nəzərdə tutulduğu kimi getsə üç Hollivud gözəli yeni filmdə çəkilmək üçün bir araya gələcək.

Bəli, Kameron Diaz, Cennifer Aniston, Sandra Bullokun deyilənə görə, üzərində işlədikləri kiçik planları var. Bu plana yeni filmdə böyük ekrana birgə çıxmaq daxildir.

Radar Online-a əsasən üç rəfiqə böyük uğur qazanan Bridesmaids filmindən ilhamlanaraq bu qərara gəlib.

Onlar elə bir gülməli film çəkmək istəyirlər ki, əsasən qadınlar üçün çəkilmiş filmlərin ən uğurlusu olsun. Və bu qadınlar həqiqətən də buna qadirdi. Mənbədən alınan məlumata görə, baxmayaraq ki, ssenari hələlik yazılmayıb yeni filmdə Sandra Bullokun baş rolda oynayacağı deyilir.

Planın hələ ilkin mərhələdə olmasına baxmayaraq Cennifer Aniston, Kameron Diaz və Sandra Bullokun bir filmdə çəkilməsi özü artıq filmin uğurlu olacağına işarədir.
XS
SM
MD
LG