Accessibility links

Hollivud ulduzu Sandra Bullokun qayğıkeş ana olduğunu danmaq olmaz.

Bu yaxınlarda verdiyi müsahibədə aktyor Corc Kluni Sandra Bullokun inanılmaz dərəcədə gözəl bir ana olduğunu deyib. Sandra 67-ci Britaniya Film mükafatlarının təqdimatı mərasimində qırmızı xalının üzərindən keçməli idi. Amma onun üçün çox əziz olan bir adama görə bu baş tutmayıb.

Nyu-York Post-a istinadən Sandranın oğulluğa götürdüyü Lui həmin gecə özünü pis hiss edirmiş və analığı onun qayğısına qalmaq üçün bütün işlərini unudaraq yanından ayrılmayıb.


Sandra həmişə 3 yaşlı oğulluğunun onun üçün daim prioritet olacağını deyib. Ona görə aktrisanın mərasimdə iştirakını Luiyə fəda etməsi başadüşüləndir.

Məlum olub ki, Sandra möhtəşəm bir şouda iştirak fürsətini əlindən qaçırıb. Belə ki həmin gecə Sandranın çəkildiyi Qraviti filmi BAFTA Film Mərasiminin 11 mükafatından altısına sahib olub. Amma onun sevimli oğulluğu ilə müqayisədə heç bir şeyin əhəmiyyəti yoxdur.

Sandra Bullok əla anadır! Və əgər əvvəllər bunu dəqiq bilmirdiksə, indi buna əminik.
XS
SM
MD
LG