Accessibility links

Sandra Bullokun evinə qarətçi girib. People jurnalı Sandranın nümayəndəsinə istinadən qarətçinin onun evində həbs edildiyini və Sandranın xəsarət almadığını və qaydasında olduğunu yazıb.

Bu arada TMZ yazır ki, qarətçinin 30 yaşı var və onun kimliyi məlum deyil.

Polis eyni zamanda qarətçinin həm də zorakılıq etmək məqsədi olub-olmadığını araşdırır. Belə ki, 49 yaşlı aktrisa hadisə baş verən an evdə olub. Hazırda hadisə oğurluq cinayəti hesab edilir və bu istiqamətdə təhqiqat aparılır.

Cinayət aktı Sandra Bullokun Spike telekanalının “ən cazibədar qadını” prizini almasından bir neçə saat öncə baş verməklə hadisələrin axarına dramatik təsir göstərib.
XS
SM
MD
LG