Accessibility links

Bruklin məhəlləsinin sakinləri evlərinə qayıdır [Video]


Bruklin sakinləri qasırğadan sonra
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Bruklin sakinləri qasırğadan sonra

Sendi qasırğası nəticəsində suyun səviyyəsinin qalxması səbəbi ilə Nyu-Yorkun Bruklin məhəlləsinin sakinləri evlərini tərk etməli oldu

Bruklin sakinləri qasırğadan sonra
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Sendi qasırğası nəticəsində Qovanos kanalında suyun səviyyəsinin qalxması səbəbi ilə Nyu-Yorkun Bruklin məhəlləsinin sakinləri evlərini tərk etməli oldu.

Mariya Qonzales Meksikadan Bruklinə ailəsi ilə birlikdə 4 yaşında mühacirət edib. Onlar binanın zirzəmisində yaşayır.

Qasırğa yaxınlıqdakı Qovanos kanalında suyun qalxmasına səbəb oldu və onların evinin zirzəmisi bir metr səviyyəsində su ilə doldu. “Biz yalnız döşəkləri götürə bildik, çünki qalan əşyalarımız ələ gəlmədi. Siz mənim otağıma girib görərə bilərsiniz nələr olduğunu. Televizor tam sıradan çıxdı, şkaflar qırılıb dağıldı. Mənim kitablarımın hamısı çırılıb. Mənin bütün məktəb ləvazimatım zibilliyə atılımalıdır.” deyə, Mariya bildirir.

Mariya, atası Rodriqo və anası Karmen qasırğadan bir gün sonra evlərinə dolan suyu boşaltmaqla məşğul idi. Bundan sonra onlar mənzildə qayıdıb yaşaya bilmək üçün onu təmizləməlidirlər.

Mariyanın 10 yaşlı qardaşı Cerri Qonzales çox qorxur. “Su qapının otrasına qədər qalxmışdı və evdən çıxmaq üçün biz vedrələrlə suyu boşaltmalı idik. Qapını açanda biz soyuducunun suyun içində olduğunu gördük.” - deyə, o bildirir.

Mətbəxdəki kran tamamilə sıradan çıxdığı üçün onlar vanna otağından istifadə edə bilərdilər.

Karmen işə gedə bilmir, çünki onun iş yerini də su basıb. Mariya artıq ailəsinin onun məktəbində təşkil edilən ekskursiya və rəqs dərnəyi üçün pulu ödəyə bilməyəcəyini bilir. “Mən bu pulları necə ödəyəcəyimizdən əvvəl nə edəcəyimizi bilmirəm. Əvvəlcə kollecə hazırlıq ödənişləri, sonra isə kollec üçün pul yığılmalıdır. Lakin bunlar sonranın işləridir. Hal-hazırda isə biz birlikdə evimizi normal vəziyyətə salmalıyıq.”

Qonzales ailəsi bu evdə bir müddət yaşamalıdır. Çünki onların ödəyə biləcəyi başqa bir yer tapmaq çox çətindir. Karmen deyir ki, onlar indi heç bu evin də pulunu ödəyə bilmirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG