Accessibility links

Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır


Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır
Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır

Birləşmiş Ştatlar və dünya boyu başqa ölkələr BMT Təhlükəsizlik Şurasının İrana beynəlxalq nüvə öhdəliklərini yerinə yetirmədiyinə görə tətbiq etdiyi sanksiyaları gücləndirmək üçün birtərəfli qaydada həmin ölkəyə əlavə sanksiyalar tətbiq ediblər.

Ən son ölçülər İranın nüvə proqramını maliyyələşdirən neft gəlirlərini və İran Milli Bankını hədəf alıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun noyabrda açıqladığı hesabatda İranın nüvə proqramının hərbi aspektlərinin mövcudluğuna dair inandırcı dəlillərin olduğu vurğulanır. Bu sanksiyalar Obama administrasiyasının İranla bağlı ikicığırlı siyasətinə uyğundur. Həmin siyasət İran liderlərini İslam Respublikasının nüvə proqramı ilə bağlı Qərblə təmasları genişləndirməyə sövq edir və İranın nüvə proqramının yalnız dinc mahiyyət daşıdığını sübut etdirmək məqsədi daşıyır. Beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı narahatlığını cavablandırmağın alternativi isə İrana artan təzyiqlər və bu ölkənin təcridi olacaq.

Son həftələrdə sanksiyaların İran iqtisadiyyatına təsirləri daha aydın görünməyə başlayıb: İranın pul vahidi dəyərini itirir və artan inflyasiya ilə üzləşir. İran rəsmiləri, o cümlədən prezident Mahmud Əhmədinejad sanksiyaların İran iqtisadiyyatına təsirindən gileyləniblər.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, sanksiyalar İran xalqını deyil, İran rəsmilərini hədəf alır.

“Biz bütün media platformalarından istifadə edərək aydın etməyə çalışırıq ki, bu, onlara qarşı yönəlməyib. Bizim siyasətimiz ərzaq mallarının, dərmanların və tibbi ləvazimatların ticarətinə icazə verir. Amma sözün açığı, hökumətin etdiyi pis seçimlər İranla ticarət üçün beynəlxalq mühiti korlayır.”

Bu pis seçimlərin sırasında xanım Nuland hökumətin “qeyri-şəffaflığını” və rejimin “nüvə proqramı inkişaf etdirmədiyini deməsi amma bunu dünyaya sübut etməməsini” sadalayıb. “Bizim İran xalqı ilə mübahisəmiz yoxdur,” deyə o, bildirib. "Əslində bizim yardımçı olmaq istədiyimiz hədəf İran xalqının gələcəyi, onların ümidləri və daha azad cəmiyyətdə və demokratik dövlətdə yaşamağa can atmasıdır ki, rejim bunun əvəzində ölkənin həyati resurslarını nüvə proqramına sərf edir."

“İranın təcridi yalnız onda sona çatacaq ki, İran hökuməti özünün nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə səmimi olacaq və atom bombası istehsal etmək məramında olmadığını sübut edəcək,” deyə Dövlət Departamentinin sözçüsü Nuland bildirib.

XS
SM
MD
LG