Accessibility links

Sankt Peterburqda hücumla əlaqədar 8 nəfər həbs edilib


Polis Sankt Peterburqda Puşkinskaya metro stansiyasında keşik çəkir
Polis Sankt Peterburqda Puşkinskaya metro stansiyasında keşik çəkir

Sankt Peterburq şəhərində keçən həftə insan ölümülə nəticələnmiş intiharçı bomba hücumu ilə əlaqədar ekstremist qrupların səkkiz üzvü həbs edilb. Bunu Rusiyanın kəşfiyyat agentliyinin rəhbəri bildirib.

Rusiyanın ikinci böyük şəhəri olan Sank Peterburqda metroda törədilmiş intiharçı bomba hücumu nəticəsində 13 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Hücumçunun Rusiyada yaşayan 22 yaşlı Qırğızıstan vətəndaşı Akbarcon Cəlilov olduğu bildirilir. Rusiya rəsmiləri həlik onun ekstremist qruplarla mümkün əlaqələri haqda açıqlamalar verməyib. Lakin hüquq-mühafizə orqanlarının adının açıqlanmadığı rəsmisi TASS xəbər agentliyinə bildirib ki, təhqiqatçılar Cəlilovun Suriyada İŞİD qrupunun düşərgəsində təlim keçdiyinin mümkünlüyü ilə bağlı informasiyanı nəzərdən keçirir. TASS xəbər agentliyi onun 2015-ci ilin noyabr ayında Türkiyəyə səfər etdiyini və uzun müddət xaricdə olduğu haqda məlumat verib.

Hələlik metroda bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Rusiya qatarları və təyyarələri islamçı militantlar tərəfindən dəfələrlə hədəf alınıb.

Aleksandr Bortnikov
Aleksandr Bortnikov

Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, FSB-nin rəhbəri Aleksandr Bortnikov bomba hücumu ilə əlaqədar Sankt Peterburqda terror şəbəkələrinin altı, Moskvada isə iki üzvünün həbs edildiyini bildirib. Bortnikovun sözlərinə görə, onların hamısı keçmiş Sovet İttifaqının Orta Asiya republikalarındandır. O, polisin həbs olunmuş şəxslərin evlərindən çox sayda silah və hərbi sursat aşkar ediyini deyib.

Bortnikov kəşfiyyat agentliyinin terror təhlükəsinin qarşısını ala bilmədiyini etiraf edib.

"Sankt Peterburq metrosunda hücum göstərdi ki, əməliyyat bölməsi terror təşkilatlarının yaratdığı təhlükələrə tam cavab verə bilməyib"-deyə Bortnikov bildirib.

Bortnikov həmçinin deyib ki, Rusiyada qərargahlanan ekstremist qrupların üzvlərinin çoxu Mərkəzi Asiyadan gəlmiş miqrant işçilərdən ibarətdir və öz sıralarına miqrant icmasının nümayəndələrini yığır. O, immiqrasiya ilə bağlı məhdudiyyətlərə çağırıb.

XS
SM
MD
LG