Accessibility links

Sankt-Peterburqda Beynəlxalq Pələng Forumu keçirilir


Sankt-Peterburqda Beynəlxalq Pələng Forumu keçirilir
Sankt-Peterburqda Beynəlxalq Pələng Forumu keçirilir

Rusiya, Çin və Hindistan da daxil olmaqla,13 Asiya ölkəsi azalmaqda olan pələngləri xilas etmək barədə saziş imzalayıb.Sankt- Peterburqda keçirilən dörd günlük Beynəlxalq Pələng Forumuna Rusiyanın baş naizir Vladimir Putin ev sahibliyi edib. Cənab Putin bildirib ki, o, Asiya pələnglərinin sayının 2022-ci ilədək iki qat artmasını görmək istərdi. O, bu hədəfin çətin olduğunu, lakin ona nail oluna biləcəyini deyib. Ekspertlər deyirlər ki, pələng dərilərinə və bəzilərinin seksual qabiliyyəti gücləndirdiyinə inanılan pələng ətinə olan təlabat bu heyvan növünü kökü kəsilmək təhlükəsi qarşısında qoyub.

XS
SM
MD
LG