Accessibility links

Santa Monika Kollecində qətliam


ABŞ-ın Kaliforniya ştatının rəsmiləri deyir ki, dünən silahlı şəxs Santa Monika şəhərində yerli kollec kitabxanasına daxil olaraq 4 nəfəri qətlə yetirdikdən sonra özü polis tərəfindən öldürülüb.

Santa Monika polis serjantı Riçard Levis dünən gecə keçirilən mətbuat konfransında ölənlərin sayı barədə məlumata düzəliş edib. Polisin ilkin məlumatında 6 nəfərin qətlə yetirildiyi deyilirdi.

Levisin sözlərinə görə, xəstəxana işçiləri vəziyyəti kritik olan bir yaralının həyatını xilas etməyə çalışır. Digər bir nəfərin vəziyyəti isə sabit-ağırdır. Hadisə zamanı 3 nəfər kiçik zədələr alıb.

Qətliam iki nəfərin cəsədi aşkar edilən Santa Monika Kollecindəki bir evdə başlayıb. Daha sonra qara paltar geyinən silahlı şəxs kampusa gedərkən yolun üstündə iki nəfəri də qətlə yetirib.

Rəsmilər silahlının kimliyini və hücumu motivinin nədən ibarət olduğunu hələlik müəyyən edə bilməyib.
XS
SM
MD
LG