Accessibility links

İzabel Santos: Azərbaycanda vətəndaş cəmiyyəti və jurnalistlərə qarşı təhdidlərdən narahatıq


ATƏT-in Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri İzabel Santos Azərbaycanda vətəndaş cəmiyyəti və jurnalistlərə qarşı təhdidlərə görə dərin narahatlığını bildirərək, həbsdə olan hüquq müdafiəçilərinə baş çəkilməsi barədə tələbini bir daha təkrar edib.

“Azərbaycanda hüquq müdafiəçiləri və reportyorlara qarşı davamlı təhdidlərin yoxlanılmaması ölkəni demokratik öhdəliklərindən uzaqlaşdırır. Bu həftə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın bağlı qapılar arxasındakı məhkəməsi və insan hüquqları müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması ciddi narahatlıqlara yol açıb. Baş verənlər beynəlxalq ictimaiyyətin müstəqil səslərin susdurulmasına dair narahatlıqlarını dərinləşdirib. Buna son qoyulmalıdır”, deyə Santos bildirib.

O əlavə edib ki, Leyla Yunus, Anar Məmmədli və Rəsul Cəfərov kimi həbsdə olan hüquq müdafiəçilərinin ziyarət tələbi cavabsız qalıb.

ATƏT-in Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə ünvanladığı məktubda Leyla Yunus və Rəsul Cəfərova qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməsini istəyib. İzabel Santos mətbuat azadlığı müdafiəçisi Emin Hüseynovun səyahət məhdudiyyətlərinin nəyə əsaslandığına da izahat verilməsini tələb edib. O, AzadlıqRadiosunun Bakı bürosuna reyd və büronun bağlanması səbəblərinə də aydınlıq gətirilməsini istəyib.

Məktubuna Yunus və AzadlıqRadiosu ilə bağlı məhdud məlumatla cavab alan Santos Cəfərov və Hüseynovla bağlı tələblərinin cavabsız qaldığını deyib.

ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən 2014-cü il sessiyasında Azərbaycan, Belorus, Qazaxıstan və Rusiya Federasiyası da daxil olmaqla, bir sıra ölkələrdə həbslər, hədələr və digər üsullarla insan hüquqları müdafiəçilərinin susdurulmasına dair müddəalara yer verilən yekun bəyannamə qəbul edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG