Accessibility links

Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusu verilib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinə işgüzar səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Məmmədyarov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə təsisatlanmış əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə terrorizm, separatizm və extremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirlməsi, nəqliyyat, energetika və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı perspektivləri diqqət mərkəzində olub.

“Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət başlaması qədim İpək yolu boyunca təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcək”, Məmmədyarov qeyd edib.

Nazir həmçinin, təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib.

Baş katib Rəşid Alimov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq niyyətinin təqdir edildiyini bildirib.

Görüşdən sonra Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsi barədə Memorandum imzalanıb.

Mərasimdən sonra Dialoq Tərəfdaşı statusunun Azərbaycan və Təşkilat üçün faydalı olduğunu deyən Məmmədyarov Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu bildirib.

Anlaşma memorandumuna əsasən Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kiber cinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd-təsərrüfatı, trans-regional multi-modal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG