Accessibility links

Beynəlxalq Karnegi Sülh Fondunun Demokratiya və Qanunun Aliliyi Proqramının baş elmi tədqiqatçısı Sara Çeys bu yaxınlarda "Korrupsiyanın Strukturu: Avrasiya Nümunələri Üzərində Sistematik Təhlil" başlıqlı elmi məqalə yazıb. Amerikanın Səsinə müsahibəsində müəllif Azərbaycan, Qırğızıstan və Moldovada təşəkkül tapmış kleptokratik şəbəkələrin mahiyyətləri və bunlar arasındakı fərqlər haqda danışıb.

Amerikanın Səsi: Bu yaxınlarda siz üç Avrasiya ölkəsində korrupsiyanın mahiyyətini təhlil edən məqalə ilə çıxış etmisiniz. Sizin Azərbaycanda hökm sürdüyünü dediyiniz kleptokratiya digər rejimlərdən necə fərqlənir?

Sara Çeys: Mən regional ekspert deyiləm. Ancaq mən korrupsiyanın müxtəlif ölkələrdə necə işlədiyinə nəzər salıram. Mən bu ölkələrdə fərdlərin deyil, korrupsioner şəbəkələrin fəaliyyətini araşdırıram. Söhbət bu şəbəkələrin siyasi iqtisadiyyata nəzarətindən və müxtəlif şəbəkələr arasında rəqabətdən gedir. Mən 3 ölkə - Azərbaycan, Qırğızıstan və Moldova arasında müqayisə aparmışam.

Azərbaycanda hər şey mərkəzləşdirilib. Qırğızıstanda xaos yaşanır. Moldova ilə Azərbaycanı müqayisə etsək, Azərbaycanda şəbəkə dövlət başçısı Əliyev tərəfindən idarə edilir. Moldovada bu şəbəkəyə hökumət deyil, oliqarxlar nəzarət edir.

Amerikanın Səsi: Siz Azərbaycanda şəbəkənin dövlət başçısı İlham Əliyev tərəfindən idarə edildiyini bildirdiniz. Bununla nə demək istəyirsiniz?

Moldova ilə Azərbaycanı müqayisə etsək, Azərbaycanda şəbəkə dövlət başçısı Əliyev tərəfindən idarə edilir. Moldovada bu şəbəkəyə hökumət deyil, oliqarxlar nəzarət edir.

Sara Çeys: Mən demək istəyirəm ki, Əliyev ciddi bir rəqibi olmayan aparıcı fiqurdur. Onun xanımı Mehriban Paşayeva ətrafında başqa bir şəbəkə fəaliyyətdədir. Araşdırmalarım göstərir ki, Azərbaycanda real bir özəl sektor, DİA Holdinq, İpək Yolu, Paşa Holdinq kimi bir çox konsorsiumların gəlirli sektorlar arasındakı törəmələrinin bəziləri Əliyev ailəsinin maraqlarına xidmət edir.

Amerikanın Səsi: Azərbaycanda korrupsiya şəbəkəsində qohumluq əlaqələri nə dərəcədə əhəmiyyətlidir?

Sara Çeys: Düşünürəm ki, qohumluq amili çox güclüdür. Sahibkarlıq strukturu və Panama Sənədlərinin də açıqladığı mənzərə Əliyevlərlə Paşayevlərin sahibkarlıq qatlarını göstərir. Burada anlamalı mühüm bir element var ki, bu da bu şəbəkələrin tez-tez milli sərhədlərini aşmasıdır. Burada nəzər salınmalı maraqlı bir fakt da var - Türkiyənin Azərbaycanın kleptokratiya şəbəkəsində biznes maraqlarının nə dərəcədə inteqrasiya etməsi və ya etməməsidir. Türkiyənin maraqları Azərbaycanda güclü rol oynayır.

Amerikanın Səsi: İtaəti təmin etmək üçün zorakılıq və ya gücün tətbiqi nə dərəcədə rol oynayır?

Azərbaycanda onlarla siyasi fəal və jurnalist İlham Əliyev hökuməti tərəfindən həbs edilib.

Azərbaycanda onlarla siyasi fəal və jurnalist İlham Əliyev hökuməti tərəfindən həbs edilib.

Sara Çeys: Zorakılığın rolu böyükdür. Post-Sovet məkanının bəzi bölgələrində çox zaman zorakı olmağa ehtiyac yoxdur. Qüvvə, işin itirilməsi kimi təhdidlər itaətin tətbiqində mühüm rol oyayır. İtaət üçün həbslər və sui-qəsdlər də güclü mesaj ola bilər.

Amerikanın Səsi: Kleptokratik idarəçilərin bir çoxu Qərbin bank sistemi, lobbiçilik təşkilatları və digər təsisatlarla tərəfdarşlığa maraq göstərir. Qərb Azərbaycan kimi korrupsiyanın mövcud olduğu ölkələrlə məsuliyyəti nə qədər bölüşür?

Türkiyənin maraqları Azərbaycanda güclü rol oynayır.

Sara Çeys: Bu, olduqca mühüm bir sualdır. Bu sual Panama Sənədlərindən sonra mayın 12-də Londonda təşkil edilən Anti-Korrupsiya sammitində gündəmə gətirilmişdi. Britaniyanın baş naziri Devid Kameron alqı-satqı, xüsisilə də bank sistemlərinin işindən danışılmı, çirkli pulların yuyulması, Londonun əmlak bazarı kimi məsələlər xüsusi vurğulanmışdı. Bu məsələlər Azərbaycanla birbaşa əlaqəlidir. Düşünərim ki, Qərbin özəl sektoru və hökumətləri bu sahədə önəmli addımlar atmayıb. ABŞ-ın nəhəg inşaat şirkəti KBR Əliyev-Paşayeva şəbəkəsinə sıx bağlı olan Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-la bu yaxınlarda əldə etdiyi razılıqla böyük şərəf duyur. Eyni sualı Türkiyənin maraqları və BP kimi neft şirkətlərinə də ünvanlamaq olar. Daha açıq görüntü əldə etmək üçün Qərb şirkətləri kleptokratik rejimlərlə ticarət fəaliyyətlərini yenidən nəzərdən keçirməlidir.

XS
SM
MD
LG