Accessibility links

Sara Koral: Təbrizi istəyərək tərk etmirik [Audio-Müsahibə]


Türkiyədə yaşayan təbrizli musiqiçi və müğənni Sara Koralın sözlərinə əsasən, İranda fundamental məhdudiyyətlər ilə üzləşən güneyli sənətçilər ölkəni tərk edərək bir çox maneələri aşsalar da, Azərbaycan Respublikası və Türkiyədə də bəzi çətinliklər ilə qarşılaşırlar.

Müğənni Sara Koral Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:17:41 0:00

Sara Koral Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanını tərk etməsinin səbəbləri, Azərbaycan Respublikasında aldığı musiqi təhsili və hazırda Türkiyədəki sənət fəaliyyətlərini şərh etməklə yanaşı, ümumiyyətlə güneyli sənətçilərin İranda və İranı tərk etdikdən sonra Azərbaycan Respublikası və Türkiyədə yaşadıqları çətinliklərdən danışıb.

Gənc müğənni İranda xüsusilə qadınlar üçün musiqi sahəsində fəaliyyət və təhsil imkanlarının çox məhdud olduğunu vurğulayır:

Hazırda yeni qurduğumuz bir rock qrupu ilə çalışmalarımız, konsertlərimiz olur... Amma, mən istəyirəm daha keyfiyyətli olsun. Yəni bir insan öz yurdunu təmsil edirsə, ya bir janrı təmsil edirsə onu layiqi ilə təmsil etməlidir...
Sara Koral

“Güney Azərbaycanda vəziyyət elə deyil ki, əyləncə mərkəzləri olsun, opera, teatr salonları qurulsun, klublar olsun ki, sənətçilər orada məşğul ola bilsin, əhali də gedib faydalansın... Təbrizdə ala bildiyimiz təhsil çox məhdud olur. Orada musiqi məktəblərini yığışdırmışdılar, amma ümumiyyətlə İranda musiqi təhsili elə yüksək səviyyədə deyil... Buna görə oranı tərk etməyimiz istəyərək olmur.”

Sara Koral Azərbaycan Respublikasında musiqi sahəsində olan yaxşı təhsil imkanlarına baxmayaraq düzgün fəaliyyət mühitinin mövcud olmadığına diqqət çəkir.

“Mən Bakıda çox şey öyrəndim, Bakıya çox şey borcluyam... Amma orada [fəaliyyət] ortamı yoxdur. Ali təhsil almış insanlar var, amma gəlib toy səviyyəsinə düşmək istəmirlər,” deyə o qeyd edir.

Təbrizli sənətçi İran Azərbaycanında yaşayan türklərin kimlik problemi yaşadığı kimi sənət həyatında da həmin çətinliklərin ortaya çıxdığını önə çəkir:

Güney Azərbaycanda vəziyyət elə deyil ki əyləncə mərkəzləri olsun, opera, teatr salonları qurulsun, klublar olsun ki sənətçilər orada məşğul ola bilsin, əhali də gedib faydalansın...
Sara Koral

“Nə yazıq ki, güneylilər Türkiyə, Azərbaycan Respublikası və ya güneyin özündə öz mahiyyətlərini danmadıqları zamana qədər bir növ öksüz (yetim) qalırlar. Yəni dünya bizi rəsmiyyətə tanımadığı üçün... Mən şəxsən hər yerdə bənzər problemlə qarşılaşıram. Yəni istər Bakıda, istər burada tərcih edirlər ki, bir iranlı kimi çıxış edək.”

Gənc sənətçi həm Azərbaycan, həm də Türkiyə türkcəsində mahnılar bəstələyib ifa etməklə yanaşı, rəqs və teatr sahəsində də yaradıcılıq və ifaçılıq fəaliyyətləri yürütdüyünü bildirir.

“Hazırda yeni qurduğumuz bir rock qrupu ilə çalışmalarımız, konsertlərimiz olur... Amma mən istəyirəm daha keyfiyyətli olsun. Yəni bir insan öz yurdunu təmsil edirsə, ya bir janrı təmsil edirsə onu layiqi ilə təmsil etməlidir..,” deyə Sara Koral sənət fəaliyyətlərini arzu etdiyi şəkildə yürütməsi üçün lazımi şəraitin olmadığını ancaq gələcəyə ümidlə baxdığını ifadə edir.

XS
SM
MD
LG