Accessibility links

Prezident Obamanın nənəsi "Sahibkar Qadın" mükafatına layiq görülüb [Video]


Barak Obamanın nənəsi Keniyada, prezidentin atasının doğulduğu Kogelo şəhərində məktəb və xəstəxana inşa etmək üçün 12 milyon pul toplayır. On illərdir imkansız keniyalılara yardım edən bu qadın BMT-nin “Sahibkar Qadınlar Günü”ndə mükafata layiq görülüb.

Özünü Mama Sara Obama adlandıran Birləşmiş Ştatlar prezidentinin 94 yaşlı nənəsi Keniyadan ABŞ-a səfər edir. Əsas məqsədlərindən biri təhsilin inkişafı olan Sara Obama Nyu-York məktəblərindən birini ziyarət edib.

Əgər onlar təhsil alsalar, onlar müstəqil ola bilər və özləri özlərinə yardım edə bilər. Ona görə də təkcə mənimkilər deyil, hər bir uşaq təhsil almalıdır.

Yardım fondu ilə bağlı hazırlanan filmdə prezident Barak Obamanın ögey nənəsi Sara Obamanın Keniyadakı dul qadınlara və yetim uşaqlara uzun illərdir yardım etdiyi deyilir.

BMT-də etdiyi çıxışı zamanı Sara Obama yeniyetmə qız olarkən heç vaxt oxuya bilmədiyini deyib. Sara Obama deyir ki, o, heç vaxt məktəbə getməyib, lakin o, təhsilə böyük qiymət verir. “Ona görə də mən bütün övladlarıma təhsil vermişəm, hətta Barak Obamanın atasına da” deyə, o bildirir.

“Əgər onlar təhsil alsalar, onlar müstəqil ola bilər və özləri özlərinə yardım edə bilər. Ona görə də təkcə mənimkilər deyil, hər bir uşaq təhsil almalıdır,” deyə xanım Obama davam edir.

Kenyanın Kogelo şəhərində məktəb, yataqxana və xəstəxana inşa etməyi planlaşdıran Mama Sara Obamaya BMT-nin “Səhibkar Qasdınlar Günü”ndə mükafat təqdim olundu.

Mama Sara yardım fondunun dediyinə görə artıq ilk məktəb binasının inşası üçün 250 min dollar toplanıb.

XS
SM
MD
LG