Accessibility links

Sara Peylinin yeni kitabı onun 2012-ci il president yarışlarında iştirak edəcəyinə dair şayiələri artırıb

Amerikanın mühafizəkar siyasətçisi Sara Peylinin yeni kitabı onun 2012-ci il president yarışlarında iştirak edəcəyinə dair şayiələrin artmasına səbəb olub. “Amerika əzbərdən” adlanan əsər bu gün çapdan çıxıb. Alyaska ştatının sabiq qurbernatoru Peylin 2008-ci il seçkiləri zamanı vitse-prezidentlik uğrunda yarışlarda iştirak etmişdi. Vitse-prezidentliyə namizədlik Peylini Çay Partiyası hərəkatının qabaqcıl nümayəndəsinə çevirib. İkinci əsəri olan bu kitabında ABŞ prezidenti Barak Obamanı tənqid edən xanım Peylin onun Amerika xalqına inanmadığını yazır. Sara Peylin deyir ki, Obama və Konqresin demokrat üzvlərinin irəli sürdüyü səhiyyə xidmətləri qanunu konstitusiyaya ziddir. Barak Obamanın amansız tənqidçilərindən olan Peylin 2012-ci il prezident yarışlarında Obama ilə üzləşə biləcəyini deyir.

XS
SM
MD
LG