Accessibility links

Sarayevonun əsas küçəsinə 20 il bundan əvvəlki müharibədə öldürülən hər bir kişi, qadın və uşağın xatirəsinə 11,541 qırmızı stul düzülüb.

Bosniyalılar cümə günü 1992-95-ci ildə milyonlarla adamı evlərindən didərgin salan müharibənin 20-cü ildönünümü yad ediblər.

1992-ci il aprelin 6-da bosniyalı müsəlmanlar, serblər və xorvatlar Sarayevonun əsas meydanına toplaşaraq sülh və azadlıq tələb etdilər. Amma tezliklə hər üç qrup bir-birinə qarşı çevrildi və Sarayevo 44 ay blokadada saxlanıldı.

Sarayevo sakini Miralem Simçeviç həmin vaxtları düşünməyin ağrılı olduğunu deyir, amma indi azad yaşamasından xeyli məmnundur.

1995-ci ildə ABŞ-ın vasitəçilik etdiyi sülh müqaviləsinə əsasən Bosniya üç əsas etnik qrup arasında bölünmüş qalır. Başqa sabiq yuqoslav respublikaları ilə müqayisədə Bosniyann Avropa İttifaqına daxil olması prosesi ləng gedir.

XS
SM
MD
LG