Accessibility links

Hazırda maliyyə təhqiqatları təcridxanasında olan Fransanın sabiq prezidenti Nikolas Sarkozi prezident kampaniyası zamanı pul əldə etməsi iddiaları barədə sorğu-sual edilir.

Cənab Sarkozu bu gün özü Paris yaxınlığındakı Nanter şəhərinin polis məntəqəsinə gedib. İstintaqın başlıca məqsədi cənab Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyası üçün Liviyanın sabiq lideri Müəmmər Qəzzafidən pul alıb-almadlğını araşdırmaqdır.

Təhqiqatçılar sübut kimi cənab Sarkozinin telefon danışıqlarının səs yazılarını əldə edib.

Fransa mediası bildirir ki, tarixdə ilk dəfədir ki, Fransanın sabiq dövlət başçısı dindirilmək üçün saxlanılır.

Nikolas Sarkozi iddiaları rədd edir. 2012-ci ildə prezident Fransua Ollanda məğlub olandan sonra o, yenidən prezidentliyə namizədliyi irəli sürəcəyinə işarə etmişdi. Anca hazırki iddialar sabiq prezidentin bu addımının qarşısını ala bilər.

XS
SM
MD
LG