Accessibility links

Əfqanıstanla ABŞ arasında təhlükəsizlik sazişi imzalanıb


Əfqanıstanın yeni hökuməti və ABŞ arasında təhlükəsizlik sazişi imzalanıb.

Yubadılan bu saziş dekabrın 31-də beynəlxalq qüvvələrinin missiyasının başa çatmasından sonra 12 min əsgərdən ibarət xarici qüvvənin ölkədə qalmasına imkan verəcək. Xarici qüvvələri 10 min ABŞ və 2 min NATO əsgəri təşkil edəcək.

Sənəd Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Hənif Atmar və ABŞ-ın Kabildəki səfiri Ceyms Kunninqham tərəfindən imzalanıb.

ABŞ səfiri sazişin Əfqanıstan xalqının yeni hökumət vasitəsi ilə seçimi olduğunu deyib.

Əfqanıstanın sabiq prezidenti Həmid Karzay 2001-ci ildən Talibana qarşı əməliyyatlar zamanı mülki əhalinin itkisinə görə sazişin əleyhinə çıxırdı.

Taliban isə hücumlarına ara vermir. Dünən Kabildə kamikadze hücumu nəticəsində 6 adam həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG