Accessibility links

ABŞ-da Galaxy 7 telefonları təyyarəyə buraxılmır


ABŞ-da Galaxy 7 telefonları təyyarəyə buraxılmır.

Qərar oktyabrın 15-dən qüvvəyə minib.

Buna səbəb bu modeldən olan telefonların qızaraq yanmasıdır.

Amma sərnişinlərin heç də hamısı bunu birmənalı qarşılamır.

“Uçuşa gəlib biləndə ki, telefonu xüsusi xidmətə verməlisən, bu dəhşətli olardı”, Los Anceles hava limanından uçan Con Berns adlı Vaşinqton sakini deyir.

Kaliforniya sakini Ted Rozenberq də bunu həddən artıq kəskin tədbir sayır və deyir ki, bir-iki telefonun yanmasına görə, hamısını qadağan eləmək düzgün deyil.

Amma qadağanı dəstəkləyənlər də var. Məsələn, Kara Colli adlı sərnişin deyir ki, telefona görə yana bilən təyyarədə uçmaq istəməzdi.

ABŞ-ın Nəqliyyat Nazirliyi xəbərdarlıq edib ki, Galaxy 7 telefonlarını nəyin ki, salano keçirmək, heç yük kimi çamadana da qoymaq olmaz.

Qanunu pozanları cərimə və ya cinayət məsuliyyəti gözləyir.

Samsunq şirkəti oktyabrın 11-dən Galaxy 7 telefonlarını satışdan çıxarıb.

Cənubi Koreya elektro-texnika nəhəngi Samsung bildirib ki, şirkət daha problemli Galaxy Note 7 smartfonlarını istehsal etməyəcək.

Şirkətin açıqlamasına görə, istehlakçı təhlükəsizliyi maraqları səbəbilə istehsala son qoyulur.

Samsung daha əvvəl bəyanatında Galaxy Note 7-nin bütün qlobal satışlarını dayandırdığını açıqlamış və müştərilərinə bu cihazdan istifadəni dərhal dayandırmağı məsləhət görmüşdü.

Cənubi Koreyanın texnologiya nəhəngi bu problemlə "Note-7"-nin avqust ayında alovlanmasından sonra üzləşib. Elektron şirkətləri sentyabr ayında "Note-7"dəki batareyalarında nöqsan olduğu üçün 2.5 milyon telefon geri çağırıldığını təsdiq etsə də, media xəbərlərində təmir edilən telefonların da yenidən alışdığı bildirilib.

Keçən həftə Southwest Airlines şirkətinin təyyarəsində "Note-7" tüstülənməyə başladığı üçün bütün sərnişinlər evakuasiya edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG