Accessibility links

Satellit görüntülərinə görə İran nüvə sınağı həyata keçirdiyinə dair izləri silməyə çalışır

  • Amerikanın səsi

Satellit görünütüləri İranın nüvə sınağı həyata keçirdiyinə dair izləri silməyə çalışdığı barədə fikirlər oyadıb. Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Araşdırmalar İnstitutunun bildirdiyinə görə, görüntülər sınaq keçirildiyi iki kiçik binanın yox edildiyini nümayiş etdirib. Şəkillərin may ayının 25-də çəkildiyini bildirən institut İranın Pərçin obyektində təmizlik işləri aparıldğını göstərdiyini deyir. Son görüntülər İranın dəlilləri sildiyinə dair narahatlıqları daha da artırıb.

Qərb İranın bu obyektdə nüvə silahı əldə etməyə cəhd etdiyindən şübhələnir. Beynəlxalq Atom Enerjisi Agentliyi isə hazırda obyektin yoxlanışı məssədi ilə danışıqlar aparır.

BAEA bu yaxınlarda açıqladığı hesabatda Fordo nüvə obyektində İranın iddia etdiyi kimi 20 deyil, uranın 27 fazi zənginləşdirildiyini bildirib.

İran uranın 20 faiz zənginləşdirilməsinin yalnız tibbi və elektrik enerjisi mahiyyəti daşıdığını bildirib. Qərbi isə İranın uranı 90 faiz zənginləşdirərək nüvə silahı əldə edəcəyi qayğılandırır.

XS
SM
MD
LG