Accessibility links

İslam Dövləti yaraqlı qrupu Səudiyyə Ərəbistanının paytaxtı yaxınlığında, polis yoxlama məntəqəsində baş vermiş intiharçı bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürüb.

Səudiyyə rəsmiləri 19 yaşlı şəxsin dünən axşam saatlarında Riyad şəhərinin cənubunda təhlükəsizlik işçiləri tərəfindən saxlanıldıqdan sonra avtomobilinə yerləşdirilmiş bombanı işə saldığını bildirib.

Dövlət televiziyasına istinadən hücumda həlak olan yeniyetmə bir müddət əvvəl Daxili İşlər Nazirliyində polkovnik rütbəsinə yüksələn əmisini öldürüb.

İki polis zabitinin səhhəti stabildir və Səudiyyə Xəbər Agentliyi Daxili İşlər Nazirliyinə istinadən istintaqın başlanıldığını bildirib.

Bomba cihadı dəstəkləyən və ya fəaliyyətdə iştirak edən yüzlərlə məhbus saxlanılan və güclü mühafizə edilən Haer həbsxanasının yaxınlığında baş verib.

XS
SM
MD
LG