Accessibility links

Səudiyyə kralı Həcc ziyarəti ilə bağlı təəhhüdlərə sadiqliyini bir daha təkrar edib


Səudiyyə Ərəbistanının kralı Salman keçən ay Minada basırıq səbəbindən yüzlərlə insanın ölməsindən sonra ölkəsinin Həcc ziyarətinin təşkilindən imtina etməli olduğu barədə təklifi rədd edib.

Səudiyyə monarxı ölkəsinin Həcc ziyarəti zamanı zəvvarların təhlükəsiliyini təmin edə bilməməsi ilə bağlı krallığa qarşı tənqidləri "məsuliyyətsiz şərhlər" adlandırıb.

Hadisə sentyabr ayının 24-də, iki tərəfdən gələn insan kütləsinin dar küçədə birləşməsi zamanı baş verib.

Səudiyyə Ərəbistanının rəsmiləri ölənlərin sayının 769 nəfər olduğunu desə də, Associated Press agentliyi basırıq səbəbindən ölənlərin sayının 1480 nəfər olduğunu bildirir. Səudiyyə Ərəbistanı rəsmiləri ölənlərin hansı ölkə vətəndaşları olduğu haqda yeni məlumatları hələ təqdim etməyib.

İran rəsmiləri azı 465 ölkə vətəndaşının ölənlər arasında olduğunu bildirib və regional rəqib olan Səudiyyə Ərəbistanını cavabdehsizlikdə və biganəlikdə ittiham edib. İranın yüksək səviyyli dini rəsmisi Həc ziyarətinin başqa müsəlman ölkəsi tərəfindən təşkil edilməsinə çağırıb.

Misirin Xarici İşlər Nazirliyinin bügünkü məlumatında deyilir ki, Həcc ziyarəti zamanı 181 ölkə vətəndaşı həyatını itirib, 53 nəfər isə itkin düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG