Accessibility links

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya çoxsaylı insan ölümünə görə qınaq altındadır


Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin yanlış məlumata əsasən Yəmənin paytaxtında ötən həftə matəm mərasiminə qarşı hokum nəticəsində 140 adamın öldüyü, 525-nin isə yaralandığı bildirilir.

İnsidentlərin Araşdırılmasına dair komandanın bildirdiyinə görə, səhv məlumat Yəmən prezidentiliyinin baş qərargahları tərəfindən verilib.

Bildirildiyini görə, təyyarələrin hədəflədiyi bölgədəki hücum ən ağır hadisə hesab edilir.

Bombalar Huti döyüşçülərinindən birinin atasının dəfn mərasimi zamanı atılıb.

Hadisə yerində çəkilən videolar dağıntılar və parçalanmış insan cəsədlərini nümayiş etdirir.

Koalisya qüvvələri artıq 19 aydır Yəmən hökumətinin dəstəyi ilə hərbi kampaniya həyata keçirir.

Hücum beynəlxalq ictimaiyyətin kəskin qınağına səbəb olub. Səudiyyə Ərəbistanının yaxın müttəfiqi Britaniya BMT-nin Təhlükəsizlik Şurasına təcili atəşkəs tələbi ilə qətnamə təqdim etməlidir.

İnsidentlərin Araşdırılmasına dair komanda koalisiya liderlərini hərbi prosedurların dəyişdirilməsinə çağırıb.

Huti üsyançıları

Huti üsyançıları

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya əvvəlcə bombalamada rolu olduğunu inkar edib, lakin az sonra təəssüf doğuran bu hadisə ilə bağlı təhqiqata çağırıb.

Yəmən rəsmiləri Huti üsyançılarının beynəlxaq dəstəyə malik olan prezident Əbdu Rabu Mənsur Hadi hökumətini devirmək cəhdində ittiham edir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Hutilərə qarşı mübarizəyə 2015-ci ilin martında start verib.

BMT-nin hesabatında hava hücumlarının 4 min adam həlak olduğunu bildirilir.

XS
SM
MD
LG