Accessibility links

Səudiyyə Ərəbistanı "Müsəlman Qardaşları"nı terrorçu qrup kimi tanıdı


Səudiyyə Ərəbistanı "Müsəlman Qardaşları"nı rəsmən terrorçu qrup elan edib.

Ölkənin Daxili İşlər Nazirliyinə istinad edilən bəyanat dövlət televiziyası vasitəsilə açıqlanıb.

Krallıq ehtiyat edir ki, qrupun mühafizəkar sünni doktrinası Səudiyyənin sülalə hakimiyyətinə hədə yarada bilər. Qrup eləcə də, Səudiyyədə Ərəb Baharı inqilablarına dəstək əldə etməyə çalışıb.

Misirdə sabiq prezident Hüsnü Mübarəkin hakimiyyəti dövründə təqiblərə məruz qalan "Müsəlman Qardaşları" liderləri Məhəmməd Mursinin devrilməsindən və hərbiçilərin hakimiyyəti ələ almasından sonra fəaliyyətlərini gizli davam etdirməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG