Accessibility links

Səudiyyə Ərəbistanında qadınlar sürücülük hüquqlarının müdafiəsinə qalxıb


Səudiyyə Ərəbistanında qadınların qanuna əsasən maşın sürmək ixtiyarı olmasa da, bu yaxınlarda bu ölkənin qadınları sürücülük hüquqlarının müdafiəsinə qalxıb.

Əzizə Əl-Yusif sürücülük vəsiqəsini həm körfəz ölkələriniin birində, həm də Amerikada alıb. Amma onun vətəni Səudiyyə Ərəbistanında maşın sürməyə haqqı yoxdur.

Rəsmilər deyir ki, bu, qadınların özlərinə yaxşıdır. Bu yaxınlarda şeyxlərdən biri deyib ki, qadınların yumurtalıqları sürücülüyə mənfi təsir göstərir. Əzizə və digər qadınlar buna etiraz edir. ''Kampaniyamız qərar verənlərə qadınların da maşın sürə bildiklərinə dair mesaj mahiyyəti daşıyır.''

Sosial mediada aparılan kampaniya beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib. Bu həm də səudi kişiləri ilə dialoqu mümkün edir.

İbarahim Rəşid : ''Mən qadınların maşın sürmələrinin tərəfdarıyam. Allahın köməkliyi ilə qanunlar qadınların müdafiəsinə yönələcək.''

Hammam Hişam :''Düzünü deyim, mən qadın sürücülüyünün əleyhinəyəm. Tıxaclarda qadın nə edəcək? Riyad onsuz da qələbəlikdir.''

Məsələn Mənsur Əl-Şəmari bunun hər kəsin şəxsi məsələsi olduğunu düşünür.''Mən qadınları maşın sürməyə təşviq edirəm. Qadın bizim anamız, bacımız, qazımız, xanımımızdır. Onlar həkim, müəllim, bank işçisidir. Onlar Milli Şurada yer alır. Niyə də yox? Mən burada heç bir problem görmürəm.''

Lakin problem mövcuddur. Qadağa hələ də qüvvədədir. Əl-Yusif bunun tezliklə ləğvinə ümid bəsləyir.
XS
SM
MD
LG