Accessibility links

Səudiyyə Ərəbistanının xarici işlər naziri Moskvadadır


Saudi Arabia Foreign Minister, Adel bin Ahmed Al-Jubeir listens for a question during his and Russian Foreign Minister Sergey Lavrov's news conference after their meeting in Moscow, Russia, Aug. 11, 2015.
Saudi Arabia Foreign Minister, Adel bin Ahmed Al-Jubeir listens for a question during his and Russian Foreign Minister Sergey Lavrov's news conference after their meeting in Moscow, Russia, Aug. 11, 2015.

Adel Əl-Cübeyr Sergey Lavrovla görüşüb

Rusiya və Səudiyyə Ərəbistanı diplomatları Moskvada Suriyadakı vəziyyətlə bağlı müzakirələr keçirib.

Görüşdən sonra Səudiyyə Ərərbistanının xarici işlər naziri Adel Əl-Cübeyr bildirib ki, ölkəsi Rusiya və İranın müttəfiqi prezident Bəşar Əl-Əsəd deyil, hökumət və ordu nümayəndələrinin iştirakı ilə Suriya böhranının siyasi yolla həllini dəstələyir.

“Əsəddən sonrakı Suriyada hökumət və hərbi təsisatların saxlanması olduqca mühümdür”- deyə, nazir bildirib.

Avropa Ittifaqının Suriyadakı sabiq səfiri Mark Pierinin dediyinə görə, əvvəllər Əsəd hökumətinin tam əleyhinə olan qərb ölkələri də bununla razılaşır.

“İraq və digər yerlərdə baş verənlərdən öyrənmişik ki, bütöv bir rejimi bir anda dəyişmək mümkün deyil”-deyə, səfir bildirib.

Mark Pierinin fikrincə, hökuməti buraxıb, səlahiyyətləri müxalifətə verməklə böhran həll edilməyəcək.

Suriya müxalifətini dəstəkləyən ölkələr də Əsəd rejiminə qarşı mövqelərini yumşaldıb. İranla razılıq Əsədin tərəfdaşları olan Rusiya və İranı mərkəzə çəkə bilər.

İraq və Suriyada bir sıra əraziləri ələ keçirməklə, müharibəyə xaos qatan İslam Dövlətinin məhvi istəkləri müharibənin başa çatdırılmasının labüdlüyünü artırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Səudiyyə Ərəbistanının Suriyada müxalif tərəfləri dəstəkləməsinə baxmayaraq, hər iki ölkə İslam Dövlətinə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Təhlilçilər isə deyir ki, 200 mindən artıq insan həyatını alan 4 illik vətəndaş müharibəsinə son qoyulmasına dair fikir ayrılıqlarının aradan qaldırılması asan olmayacaq.

Rusiya ilə Səudiyyə Ərəbistanı diplomatlarının görüşü Suriya böhranının sülh yolu ilə həlli istiqamətində atılan addımlar çərçivəsində yer alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG