Accessibility links

Səudiyyə Ərəbistanı 25 ildən sonra İraqın paytaxtında səfirliyini açıb


İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri yeni səfir Tamer Əl-Sabhanın səlahiyyətlərini qəbul edib

Səudiyyə Ərəbistanı 25 ildən sonra İraqın paytaxtında səfirliyini açıb.

İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri yeni səfir Tamer Əl-Sabhanın səlahiyyətlərini qəbul edib.

Tərəflər iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edib.

Səudiyyə Ərəbistanı İraqla diplomatik əlaqələrini 1990-cı ildə İraq diktatoru Səddam Hüseynin Küveyti işğalından sonra dayandırmışdı.

Diplomatik missiyanın bərpası şiə İraqla sünni körfəz ölkəsi arasında münasibətlərin istiləşməsinə işarədir.

İki ölkə arasında gərginliklər İraqın baş naziri Heydər Əl-Əbədinin hakimiyyətə gəlməsi ilə azalmağa başlayıb.

Onun sələfi Nuri Əl-Maliki Qətər və Səudiyyə Ərəbistanını İŞİD-i maliyyələşdirməkdə günahlandırırdı. Bu ittihamlar hər iki ölkə tərəfindən rədd edilib.

Bir neçə ay əvvəl Qətər İraqdakı səfirliyinin fəaliyyətini bərpa edərək, Zayed Xayarini səfir kimi o ölkəyə göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG