Accessibility links

Səudiyyə Ərəbistanında şiə məscidi hücuma məruz qalıb


Səudiyyə Ərəbistanının Dəmman bölgəsindəki şiə məscidi yaxınlığında kamikadze hücumu nəticəsində 4 nəfər həlak olub. Hücumun məsuliyyətini İslam Dövləti üzərinə götürüb.

Səudiyyə rəsmiləri hücumun qarşısının alındığını desələr də, İslam Dövlətinin bəyanatında hücumçunun məscidə girməyə nail olduğu bildirilir.

Partlayış təhlükəslik işçilərinin məscidin avtomobil parkına girən hücumçunun maşınına yaxınlaşdığı vaxt baş verib. Şahidlərin dediyinə görə, təhlükəsizlik işçisi maşının məscidin qadınların toplaşdığı hissəsinə sürməsinə mane olmağa çalışıb.

Keçən həftə Qatifdəki şiə məscidinə qarşı hücum zamanı 21 adam dünyasını dəyişmişdi. Onlarla insan xəsarət almışdı.

Həmin hücumun da məsuliyyətini İslam Dövləti üzərinə götürüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG