Accessibility links

Şeri müəllif, Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odərin özü oxuyur

“Savalanım, Tanrı dağım”
Vaqif Bayatlı Odər

Mən bu dünyanın özündən,

Min üzündən sovuşuram.

Savalanım, Tanrı dağım

Savalanım, Tanrı dağım

Uçub, sənə qovuşuram.

Qovuşduqca duruluram,

Duruluram, duruluram.

Göy üzündən ətirli göy,

Sudan duru göl oluram.

Şükür Tanrım, şükür sənə,

Gül qoxusu gəlir yenə,

Ətəyindən qanadlanıb,

Göyləri aşan elimin,

Çiçəkcə, gülcə danışan,

Göycə dinən türk dilimin

Ana yurdu, ata göyü

Gecə-gündüz sevməkdən də

Rahat olmuram İlahi.

Eşqindən göydə yaraşığın,

Yerdə işığın yorulur.

Mən yorulmuram İlahi,

Mən yorulmuram İlahi.

Səni sevmək azdı Tanrım.

Səni sevmək sevmi yarı,

Hər an qanad aça-aça,

Uça-uça hey yuxarı

Qalxıram insan göyündən,

Qalxıram insan eşqindən

Neçə-Neçə göy yuxarı.

Şükür Tanrım, Şükür Tanrım,

Məni elədin axırı.

Hamının hamını sevməyiçün,

Bu dünyanın çıxarı.

İndi min göydən üzümə

Min gül nurun düşür Tanrı.

Hamını hamıya sevdirdikcə,

Şükür sevgim bütövləşir,

Şükür yurdum bütövləşir,

Türküm bütövləşir, Tanrım.

XS
SM
MD
LG