Accessibility links

Azərbaycanlı siyasi məhbusların Saxarov mükafatı

Mükafat bu gün Osloda təqdim edilib

Bu gün Osloda Norveç Helsinki Komitəsinin Saxarov Azadlıq mükafatının Azərbaycanlı siyasi məhbuslara təqdimat mərasimi olub.

Təqdimat mərasimində iştirak edən NİDA Vətəndaş Hərəkatının fəalı Ülvi Həsənli Facebook səhifəsində yazır ki, mərasimi Norveç Helsinki Komitəsinin icraçı direktoru açıb, Azərbaycandakı vəziyyətdən, siyasi məhbuslardan danışıb.

Təqdimatda tanınmış belaruslu hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Ales Bialiatski çıxış edib. Sonra da İntiqam Əliyevə dəstək olaraq onun şəkli olan köynəyi geyinib. “Bir vaxtlar mənim şəklim burda idi”, o qeyd edib.

Mükafat təqdimatda iştirak edən məhbus ailələrinə təqdim olunub.

Daha çox yüklə

XS
SM
MD
LG