Accessibility links

Keçmiş direktorun evi niyə yanır?


Saxta diplom qalmaqalında adı hallanan keçmiş direktorun evi niyə yanır?
Saxta diplom qalmaqalında adı hallanan keçmiş direktorun evi niyə yanır?

Yanğın hələ də davam edir

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktorunun rayonun Daş Salahlı kəndindəki villası bu gün səhər saatlarında yanıb. Yanğın hələ də davam edir.

Qazax rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, keçmiş direktor İsa Veyisovun evinin yanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub və hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Bununla yanaşı bir sıra yerli media orqanları yerli sakinlərə istinadən adı saxta diplom qalmaqalında hallanan keçmiş direktorun evinin Gədəbəy rayonundan olan şəxslər tərəfindən yandırıldığını yazır.

Media həmçinin bundan öncə Veyisovun evini Biləsuvardan gəlmiş insanların yandırmağa cəhd etdiyini də bildirir. Müxtəlif regionlardan olan insanlar saxta diplom müqabilində verdikləri pulun qaytarılmasını istəyir.

Öz növbəsində Qazax rayon Daş Salahlı bələdiyyəsi üzrə sahə müvəkkili Xoca Şıxməmmədov Amerikanın Səsinə deyib ki, iki mərtəbəli evin elektrik naqillərində qısa qapanmadan yandığı ehtimal edilir. Çünki yanğın evin tavanından başlayıb və evdə heç kim olmayıb. Evin sahibləri Bakıda yaşayır.

Evin bütün bayır qapılarının hamısı dəmirdəndir və bütün pəncərələr dəmir barmaqlıqlarla əhatə olunub.
XS
SM
MD
LG