Accessibility links

Saxta xəbər nədir? [Video]


Saxta xəbər nədir?
please wait
Embed

No media source currently available

0:00 0:02:04 0:00

Sosial media dövründə, insanlar nəyin doğru xəbər olub-olmadığını müəyyən etməkdə çətinlik çəkirlər.

“Saxta xəbər” sözü ilk dəfə Donald Trampın seçkidən sonra keçirdiyi ilk mətbuat konfransı zamanı meynstrimə daxil oldu.

Saxta xəbər kiminsə xoşuna gəlməyən xəbər demək deyil, saxta xəbər sensasiya doğurmur, saxta xəbər qeyri-peşəkar jurnalistika deyil. Saxta xəbər məqsədli, yanlış, qeyri-düzgün və yanıldıcı olur.
Frank Sesno

O zamandan bəri prezident Tramp Amerika metbuat orqanlarını dəfələrlə saxta xəbər yaymaqda günahlandırıb. O, bu ittihamları çox vaxt öz Tvitter hesabı vasitəsilə paylaşır.

Həmin xəbərlərin çoxu doğru olsa da, sosial media vasitəsilə həqiqətən də çox sayda saxta məlumat yayılır.

Bəs görəsən saxta xəbərlər hardan gəlir?

Belə görünür ki, saxta xəbər portallarının mərkəzi Avropada yerləşən kiçik ölkə, yəni Makedoniyadır. Bu yaxınlarda “Prezident Tramp Makedoniya üçün vizasız rejim tətbiq edib” adlı saxta xəbər ölkədə səs-küy yaratmışdı.

“Təəssüflər olsun ki, bu xəbər doğru deyildi. Bir çox vətəndaş xəbərin doğru olub-olmadığını öyrənmək üçün Vaşintondakı səfirliyimizə zəng edib. Bu xəbər yanlışdır və “saxta xəbər”lərin bir nümunəsidir”, deyə Makedoniyanın ABŞ-dakı səfiri Vasko Naumovski bildirib.

Corc Vaşinqton Universitetinin Media Məktərbinin direktoru Frank Sesnonun dedyinə görə, sosial media dedi-qodunun müasir formasıdır, amma bunun geniş təsirləri olur.

“Saxta xəbər kiminsə xoşuna gəlməyən xəbər demək deyil, saxta xəbər sensasiya doğurmur, saxta xəbər qeyri-peşəkar jurnalistika deyil. Saxta xəbər məqsədli, yanlış, qeyri-düzgün və yanıldıcı olur”, deyə Corc Vaşinqton Universitetindən Fransk Sesno bildirib.

O deyir ki, saxta xəbər hər yerdə mövcuddur və bu xəbərlərin doğru olub-olmadığını müəyyən etmək məsuliyyəti insanların və sosial media şirkətlərinin üzərinə düşür.

“Google, Facebook və digər sosial media şirkətləri məsuliyyətin bir hissəsisi üzərlərinə almalıdır, çünki onlar informasiyanın neytral ötürücüsü deyillər. Əgər onlar həm də nifrət və yalanın ötürücüsüdürlərsə, onlar buna görə məsuliyyət daşıyır və bununla bağlı nəsə etməyə borcludurlar.”

Sesno təklif edir ki, məsul sosial media şəbəkələri pis məlumat paylaşanların üzərində fakt yoxlanışı keçirsinlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG