Accessibility links

"Şayiə kimi yayılan məlumat öz təsdiqini də tapa bilər" [Audio-Müsahibə]


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların yaxın zamanda bərpa ediləcəyini düşünmür.

"Təkcə müharibələrlə bağlı deyil, bu cür şayiələr spontan da yayıla bilir. Sonrakı mərhələdə də bəzən şahidi olmuşuq ki, o şayiələr özünü doğruldub. Müdafiə Nazirliyinin bugünkü cavabı əslində qeyri-müəyyəndir". Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində bu sözləri deyib. O bildirib ki, nazirlik torpaqların azad olunması üçün istənilən hərbi əməliyyatın mümkün olduğunu açıqlayıb: “Şayiə kimi yayılan bu məlumat öz təsdiqini də tapa bilər. Ən azı Müdafiə Nazirliyinin verdiyi açıqlamadan belə görünür”.

"Şayiə kimi yayılan məlumat öz təsdiqini də tapa bilər"
please wait

No media source currently available

0:00 0:09:27 0:00

Ərəstun Oruclunun sözlərinə görə, daha çox Ermənistan tərəfi danışıqlardan yayınmağa çalışır. Buna səbəb kimi o, aprelin əvvəlində yaşanmış qarşıdurmadan sonra Ermənistanda ictimai-siyasi vəziyyətin dəyişməsini göstərib. Bununla yanaşı təhlilçi Ermənistanın silahlı qüvvələrində və silahlı birləşməlikdəki əhval-ruhiyyənin də dəyişdiyini bildirir.

Ərəstun Oruclu
Ərəstun Oruclu

“İllirdir Ermənistan rəhbərliyi iki istiqamətdə ciddi təbliğat aparıb. Birincisi, Ermənistan dövlətinin mərkəz prinsipinə çevrilmiş Dağlıq Qarabağ məsələsi idi. İkinci isə Rusiya ekspertlərinin də xeyirxah köməyi ilə Ermənistan ordusunun az qala dünyanın ən nizamlı, ən güclü ordularından biri olması haqqında mif yaradılırdı. Bu mifə kifayət qədər inananlar olmuşdu, amma aprel ayının ilk4-5 günü göstərdi ki, vəziyyət tamamilə fərqlidir”.

Ümumiyyətlə inanmıram ki, Rusiya münaqişənin həllində maraqlıdır. Çünki bu münaqişə Rusiyaya öz təsir imkanlarını qoruyub saxlamağa imkan verir. Bölgədə sabitliyin, bölgənin inteqrasiyasının, beynəlxalq qurumlarla əməkdaşlığının artırılmasında ABŞ maraqlıdır və burada bizim maraqlarımız üst-üstə düşür
Ərəstun Oruclu

Ərəstun Oruclu habelə deyib ki, münaqişənin həlli istiqamətində ABŞ-ın rolunun artırılmasında Azərbaycan maraqlı olmalıdır. Onun fikrincə Rusiyanın təkbaşına və ya fəal vasitəçiliyi heç bir zaman münaqişənin Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxarmayacaq.

“Ümumiyyətlə inanmıram ki, Rusiya münaqişənin həllində maraqlıdır. Çünki bu münaqişə Rusiyaya öz təsir imkanlarını qoruyub saxlamağa imkan verir. Bölgədə sabitliyin, bölgənin inteqrasiyasının, beynəlxalq qurumlarla əməkdaşlığının artırılmasında ABŞ maraqlıdır və burada bizim maraqlarımız üst-üstə düşür” – deyə Ərəstun Oruclu Amerikanın Səsində müsahibədə bildirib.

XS
SM
MD
LG