Accessibility links

Rusiya hökuməti və Ermənistan hökuməti on il müddətinə Yerevana 200 mln. dollara yaxın dövlət ixrac kreditinin verilməsi barədə saziş imzalayıblar. Ödəniş 2018-ci ildən başlanılacaq.

İnterfaks agentliyi bildirir ki, Ermənistan Rusiyadan “Smerç” yaylım atəşli reaktiv sistem və onun hərbi sursatını, “İqla-C” zenit kompleksi, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksi, TOC-1A ağır odsaçan sistem, “Konkurs-M” tank əleyhinə raket sistemi, “Tiqr” zirehli avtomobil, rabitə vasitələri alacaq.

Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət və Ermənistan Müdafiə Nazirliyi arasındakı qarşılıqlı yazılı razılaşmaya əsasən siyahı dəyişdirilə bilər.

XS
SM
MD
LG