Accessibility links

ABŞ-da yeni saç bitləri dərmanlara müqavimət göstərməyə başlayıb [Video]


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) hər il ABŞ-da 3-11 yaşlı uşaqlar arasında 12 milyon bitə yoluxma halı qeydə alındığını təxmin edir.

ABŞ-da məktəblər başlamaq üzrədir, amma səhiyyə rəsmiləri yeni saç biti haqqında xəbərdarlıq edir. Bu bitlər ənənəvi kimyəvi müalicələrə qarşı davamlıdırlar. Qaşınma verən bu həşəratlar şagirdlərin günlərlə məktəbə getməməsi ilə nəticələnir və onları aradan qaldırmaq çox çətin olur. Bu həftə Amerika Kimya Cəmiyyətinin Bostonda keçirilən illik iclasında təqdim olunan yeni araşdırmada azı 25 ştatda bitlərin piretroida qarşı dözümlülük inkişaf etdirdikləri bildirilir. Piretroid bitə qarşı məhsulların tərkibindəki həşəratöldürən maddədir.

Bəzilərində mutasiya edib, özlərini bu kimyəvi maddələrə qarşı qorumaq potensialı var

17 yaşlı kaliforniyalı Ben Kupferman bu yaxınlarda yay düşərgəsindən geri dönüb və özü ilə bəzi istənməyən qonaqlar gətirib.

“Mən başımı qaşıyırdım və bitlərdən biri çıxdı. O, barmağımın üstündə sürünürdü.”

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) hər il ABŞ-da 3-11 yaşlı uşaqlar arasında 12 milyon bitə yoluxma halı qeydə alındığını təxmin edir. Bu yaxınlara kimi valideynin edəcəyi yeganə şey aptekdən bitdən üç gün ərzində qurtulmağa kömək edən dərman almaq idi. Lakin getdikcə bu cür müalicə vasitələri heç bir nəticə vermir. Alimlər deyir ki, bunun səbəbi bitlərin kimyəvi maddələrə qarşı müqaviməti inkişaf etdirmələridir.

“Bəzilərində mutasiya edib, özlərini bu kimyəvi maddələrə qarşı qorumaq potensialı var.”

Virciniyada ictimai səhiyyə rəsmisi bitlərin uzun bir zamandır davamlılıq inkişaf etdirkilərini deyir. O, həşaratöldürənlərə qarşı müqavimət göstərən bitlər barədə hesabatların onillər öncə də mövcud olduğunu deyir.

Adi müalicə növləri nəticə verməyəndə, valideynlər respetli dərmanlar almaq üçün həkimlərə üz tutur. Lakin bəzi valideynlər uşaqlarının üzərində güclü kimyəvi maddələri istifadə etməyi sevmirlər və daha təbii üsullara üstünlük verirlər. Kaliforniyalı bu ana digər valideynlərlə bir araya gələrək təbii bit müalicəsi biznesi qurub.

“Biz tamamilə təbii müalicəvi yağlardan istifadə edirik və xidmətimizə zəmanət veririk. Bu müalicə növündə pestisidlər yoxdur. Biz saçları darayırıq və bitləri təmizləyirik ki, valideyn evdə heç nə etməsin.”

Virciniya ştatında Gerry Uolburq bit təmizləmə biznesini üç il öncə qızı Reyçelə bit yoluxanda təsis edib. O, bitlərin yumurtalarını məhv etmək üçün istilikdən istifadə edir.

“Bu, isti hava vasitəsilə biti qurudur. Yumurtaları saçda saxlasan onlar bürüşür. Bu isə hində bişmiş yumurta saxlamağa bərabərdir. O yumurtadan cücə çıxmayacaq.”

Yaxşı xəbər isə odur ki, bitlər xəstəlik daşımır. Onlar sadəcə bezdirici parazitlərdir ki, bəzən onlardan qurtulmaq çox çətin olur.

XS
SM
MD
LG