Accessibility links

Nyu-Yorkda məktəb avtobuslarının sürücüləri tətil edir


Nyu-York şəhərinin ən böyük ictimai məktəb sistemində işləyən avtobus sürücüləri ikinci gündür etiraz aksiyası keçirir. 150 min şagird isə məktəbə getmək üçün alternativ nəqliyyat axtarışındadır.

Həmkarlar Ittifaqının səkkiz min üzvü dünən işlərini dayandıraraq, yeni müqavilədə sürücülərin əmək təminatı tələbi ilə piket keçirib. Onların keçmiş müqaviləsinin müddəti iyunun 30-da bitib.

Nyu-York şəhərində məktəb avtobus sürücüləri müqavilə əsasında fərdi şirkətlərlə çalışır. Şəhərin meri Maykl Blumberq məhkəmənin 2011-ci ildə çıxardığı qərarla əmək təminatının yeni müqavilələrə əlavə edilməsini qadağan etdiyini deyir.

Nyu-York şəhər məktəblərində oxuyan 1.1 milyon şagirdin əksəriyyəti məktəbə yeriyərək və ya ictimai nəqliyyatla gedir. Məktəb avtobuslarından istifadə edən 54 min şagird isə ya xüsusi məktəblərdə təhsil alır, ya da məktəblərdən çox uzaq yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG