Accessibility links

“Scientology” dini təliminə aid kitablara Rusiyada qadağa qoyuldu


“Scientology” dini təliminə aid kitablara Rusiyada qadağa qoyuldu
“Scientology” dini təliminə aid kitablara Rusiyada qadağa qoyuldu

Moskva regional məhkəməsi “Scientology” dini təliminin banisi L.Ron Hubbardın kitablarını və broşüralarını “extremist” elan edib. Bu haqda “The Moscow Times” məlumat verib. “Scientology” 50-ci illərdən ABŞ–da təşəkkül tapmış inancdır. Bu inanca görə, insanlar təbii hallardan uzaqlaşmış əxlaqsız varlıqlardır. Məhkəmənin hökmünə görə, Hubbardın esseləri “təcrid olunmuş sosial qrup” yaratmağı hədəfləyib və məqsədi dünyadakı başqa qruplarla savaşmaqdır. Bu əsərləri Ədliyyə Nazirliyinin “extremist materiallar federal siyahısı”na salacaqlar və Rusiyada yayılması qadağan olunacaq. Rusiya qanunlarına görə, nifrət çıxışlarının yayılmasına görə, beş il həbs cəzası verilə bilər. Rusiya “extremist materiallar siyahısı” 2006-cı ilin sonunda yaradılıb və indi burda təqribən 900 əsərin adı var.

XS
SM
MD
LG