Accessibility links

Amerikalı hüquqşünas Qırğızistanda iğtişaşların əvvəlcədən planlaşdırıldığını deyir


Amerikalı hüquqşünas Qırğızistanda iğtişaşların əvvəlcədən planlaşdırıldığını deyir
Amerikalı hüquqşünas Qırğızistanda iğtişaşların əvvəlcədən planlaşdırıldığını deyir

Scott Horton deyir ki, müstəqil araşdırmaların nəticələri ixtişaşlarda iştirak edən hərbçi və daxili işlər nazirliyi qoşunlarının hakimiyyətdən devrilmiş keçmiş prezident Bakıyevə yaxınlığı ilə tanınmış adamlar olduğunu göstərib

Keçmiş Sovet respublikalarında insan hüquqları məsələləri və buralara humanitar yardım sahəsində fəaliyyət göstərmiş amerikalı hüquqşünas Harper’s Ferry jurnalının redaktoru Scott Hortonun bildirdiyinə görə müstəqil mənbələrin təmin etdiyi şahid ifadələri və jurnalistlərin verdiyi məlumatlar Qırğızıstanda bir neçə həftə əvvəl baş verən etnik iğtişaşların əvvəlcədən planlaşdırıldığını və ölkənin təhlükəsizlik qüvvələrinin bəzi yüksək vəzifəli rəsmilərinin bu hadisələrdə əli olduğunu göstərir. O deyir ki, həmin mənbələr iğtişaşları törədənlərin hərbi texnikadan istifadə etdiklərini bildirirlər: “Hadisədələrdə iştirak edən hərbçilər və daxili işlər nazirliyi qüvvələrinin müvəqqəti hökümətə düşmən münasibəti olduğu da müəyyən edilib.”

Scott Horton deyir ki, müstəqil araşdırmaların nəticələri ixtişaşlarda iştirak edən hərbçi və daxili işlər nazirliyi qoşunlarının hakimiyyətdən devrilmiş keçmiş prezident Bakıyevə yaxınlığı ilə tanınmış adamlar olduğunu göstərib. O, hadisələrdə iştirak etmiş Bakıyev klanına mənsub olan adamların şəxsiyyətlərinin müəyyən edildiyini, hadisələrlə bağlı dinlənilən bəzi telefon danışıqlarının onların rolunu təsdiq etdiyini söyləyib. Scott Horton iğtişaşların başlamasından təqribən bir həftə əvvəl Bakıyevin oğullarının dinlənilən telefon söhbətlərinin də görünür Oşda baş verən hadisələrə hazırlıqla əlaqədar olduğunu deyir: “Həmin telefon danışıqları Oşdakı bu hadisələrdən təqribən bir həftə əvvəl baş verib. Bu telefon söhbətlərindən aydın olur ki, onlar Oşda baş verəcək hadisələr barədə danışırmış. “

O qeyd edir ki, əldə olan məlumatları nəzərdə tutanda hadisələrin səbəbləri barədə ən ağlabatan variant Bakıyev klanının ölkədə sabitliyi pozmaq üçün etnik qruplar arasında ixtilafı qızışdırmasıdır. Scott Horton hadisələrlə bağlı əldə etdiyi məlumatları Qırğızistan hökumətindən müstəqil olan ayrı mənbələrin təmin etdiyini xüsusilə vurğulayır ancaq hökumətin gəldiyi nəticələrin də onun göstərdiyi faktlara uğyun olduğunu deyir.

Amerikalı hüquqşünas, problemin ölkənin Şimalı ilə Cənubu arasındakı fərqlərlə əlaqəsi barədə isə deyir ki, Qırğızistanda 2005-ci ildə ilk inqilab baş verən zaman deyilirdi ki, ölkənin cənubu olduqca yoxsul vəziyyətdə, şimalı isə firavanlıq içindədir. O söyləyir ki, həqiqətən də vəziyyət beləydi: “Çox maraqlıdır ki, 2005-ci ildə Qırğızistanda birinci inqilab baş verəndə adamlar tezliklə bildirdilər ki, ölkənin cənubunda iqtisadi vəziyyət olduqca pis və əhali çox yoxsul vəziyyətdə olduğu halda şimalda firavanlıqdır. Məncə də bu beləydi. Biz Bakıyevin hakimiyyətdə olduğu beş il ərzində bu vəziyyətin tam dəyişdiyinin şahidi oluruq. O özü cənubdan idi və hakimiyyətə gələn kimi bölgələr arasındakı bu ziddiyyəti aradan götürməyə cənubun inkişafı üçün işlər görməyə başladı və onun hakimiyyəti dövründə həqiqətən də cənubda iqtisadi cəhətdən inkişaf oldu.”

Scott Horton bunu da qeyd edir ki, ölkənin şimalında Bakıyeva qarşı heç də müsbət münasibət yox idi və o dəstəklənmirdi. Qırğızistanın cənubunda isə, xüsusilə Oşda və Cəlalabadda axıra qədər onu müdafiə edənlər oldu. O qeyd edir ki, Bakıyevi himayənin ən güclü olduğu bu iki şəhər elə iğtişaşların da baş verdiyi şəhərlərdir.

XS
SM
MD
LG