Accessibility links

Əsəd qüvvələri bütün cəbhə boyu müxalifətə hücuma keçiblər

  • Amerikanın səsi

Əsəd qüvvələri bütün cəbhə boyu müxalifətə hücuma keçiblər

Əsəd qüvvələri bütün cəbhə boyu müxalifətə hücuma keçiblər

Suriya hökumət qüvvələri müxalifətçilərə bir neçə cəbhədə hücumlar ediblər. Paytaxt yaxınlığındakı bir qəsəbədən sakinlər vahimə içində qaçmış, Homs şəhəri isə 11-ci gündür ki, davamlı olaraq bombardman edilmişdir.

Bir milyonluq əhalisi olan Homs şəhərinin sakinləri humanitar böhranla üzləşirlər. Ərzaq və yanacaq çatışmır. Şəhərin ağır artilleriya atəşinə məruz qalması üzündən əksər dükanlar bağlanıb.

Prezident Bəşar əl-Əsəd beynəlxalq ictimaiyyətin qınaqlarını qulaqardına vurduqca Səudiyyə Ərəbistanı ərəb dövlətlərini yeni sülh planı ətrafında səfərbər etməyə çalışır.

BMT-nin insan haqları üzrə komissarı da Suriyada cərəyan edən zorakılıqlardan dərin narahatlığını ifadə edib. “Mən Homsda baş verən qırğından dəhşətə gəlmişəm,” deyə Navi Pillay bildirib.

Rusiya və İranın himayə etdiyi Əsəd rejimi 42 ildir ki, Suriyanı idarə edir.

XS
SM
MD
LG