Accessibility links

Əsəd qüvvələri Dəməşqin qaynar civarına nəzarəti gücləndirib


Prezident Bəşar əl-Əsəd Çin rəsmisi Jay Cunla görüşür
Prezident Bəşar əl-Əsəd Çin rəsmisi Jay Cunla görüşür

Polis və silahlı dəstələr Suriya paytaxtının Mazzeh məhəlləsinə doluşaraq dünən hökumətə qarşı keçirilmiş aksiyanın təkrar olunmasının qarşısını almağa çalışıblar.Bu gün səhərə dünənki qarşıdurma zəminində öldürlmüş gənc etirazçı Samir əl-Xatib dəfn olunub.

Şənbə günü hökumət qüvvələri paytaxtda dəfn mərasiminə toplaşmış adamlara atəş açıblar. Dəməşqin Mazzeh məhəlləsində bir neçə adamın güllə yarası aldığı deyilir. Cümə günükeçirilən nümayişlərdə həlak olmuş üç adamın dəfni zamanı prezident Bəşar əl-Əsədə sadiq təhlükəsizlik qüvvələri kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Adının çəkilməsini istəməyən bir müşahidəçinin dediyinə görə dəfn aksiyasında təxminən 15,000 iştirak edib. Əgər bu rəqəm doğrudursa, onda ilk dəfədir ki, Əsədin qərargahlandığı Dəməşqdə bu həcmdə aksiya keçirilir.

Bu arada Dəməşqdə səfərdə olan Çin elçisi Suriyada tezliklə zorakılılqara son qoyulacağına ümidini izhar edib. Çin xarici işlər nazirinin müavini Jay Cun prezident əsədlə görüşdən sonra verdiyi bəyanatda ölkəsinin Suriyadakı durumdan "xeyli narahat" olduğunu bildirib. O, Suriyada hökumətlə müxalifət arasında dialoqa və Əsədin təyin etdiyi referendumda xalqı iştirak etməyə çağırmışdır.

Fevralın 26-ə təyin edilmiş referendum Suriyada çoxpartiyalı sistem təsis etməyi nəzərdə tutur. Müxalifət bu səsverməni baykot edir.

XS
SM
MD
LG