Accessibility links

Əsəd rejimi son aylarda 256 uşağın ölümünə bais olub

  • Amerikanın səsi

Əsəd rejimi son aylarda 256 uşağın ölümünə bais olub

Əsəd rejimi son aylarda 256 uşağın ölümünə bais olub

BMT sorğu komissiyası BMT İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda Suriya əsgərlərinin və təhlükəsizlik qüvvələrinin Əsəd rejiminin anti-hökumət nümayişçilərinə qarşı səkkiz ay sürən basqıları müddətində insanlığa qarşı cinayətlər törətdiklərini müəyyən edib.

Üç nəfərlik BMT komissiyası 223 zərərçəkən və şahid dindirib. Hesabatda deyilir ki, Suriyada insan haqları pozuntuları sırasında hökumət qüvvələrinin silahsız vətəndaşlara atəş açması və uşaqları hədəf alması, arbitrar həbslər, adam oğurluğu, işğəncə və zorlama aktları daxildir. Noyabr ayından bəri Suriyada 256 uşaq qətlə yetirilib.

Bu hesabat Ərəb Liqasının Suriyaya sanksiyalar tətbiq etməsindən bir neçə gün sonra açıqlanıb. İlk dəfə olaraq Ərəb Liqası 22 üzvündən birinə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalara ərəb ölkələrində saxlanılan Suriya hökumət vəsaitlərinin dondurulması, Suriya mərkəzi bankı ilə maliyyə əməliyyatlarının dayandırılması, Əsəd və onun köməkçilərinin səyahətinə qadağa qoyulması daxildir. Səsvermədən sonra mətbuat konfransı keçirən Qatar xarici işlər naziri Həməd bin Casim deyib: “Suriyada xalqı öldürülür, amma biz bunu istəmirik. Hər bir Suriya rəsmisi hətta bir adamın belə öldürülməsini qəbul etməməlidir.”

Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner Ərəb Liqasının bu addımını alqışlayıb.

“Ərəb Liqası Əsədə aydın mesaj göndərib ki, onun qonşuları bir daha qətliama - onun rejiminin qan tökməsinə dözməyəcəklər.”

ABŞ və Avropa İttifaqı Suriyaya qarşı sanksiyalar tətbiq ediblər və ABŞ ümid edir ki, daha çox dövlət bu aksiyaya qoşulacaq. Hökumətə təzyiq göstərmək vaxt aparan prosesidr, deyə Toner bildirib. ABŞ inanır ki, Əsədin üzərinə artan təzyiqlər onu hakimiyyətdən getməyə məcbur edəcək və dinc, demokratik keçidin başlanmasına imkan yaradacaq. Ərəb Liqasının addımları göstərir ki, dəyişikliklər artıq üfüqdədir. “Əsədin öz qonşularının “Bəsdir!” deməsi göstərir ki, balans dəyişib.”

XS
SM
MD
LG