Accessibility links

Bəşar əl-Əsədə sadiq qüvvələr Homsu bombardman edirlər

  • Amerikanın səsi

Hələbdə Əsəd rejiminin kəşfiyyat idarəsi partladılıb

Hələbdə Əsəd rejiminin kəşfiyyat idarəsi partladılıb

Diplomatlar ərəb dövlətlərinin 11 ay davam edən qan-qadaya son qoyulması üçün irəli sürdükləri plana BMT dəstəyi əldə etmək yönümündə çalışdıqları bir vaxtda Suriya qüvvələri Homsda müxalifətin nəzarət etdiyi məhəllələri tank və raket atəşinə tutublar.

Prezident Bəşar əl-Əsədə qarşı üsyanın episentrində dayanan Homs şəhərini bir həftədir ki, mühasirəyə almış hökumət qüvvələri yeddi adamı öldürüblər, deyə şahidlər bildirir.

Homsda müxalifət təmsilçisi olan Məhəmməd Hüseyn Röyterzə bildirib ki, Bab Əmr məhəlləsinin atəşə tutulması nəticəsində ölənlər sırasında 55 yaşlı qadın var.

Cümə günü Hələb şəhərində təhlükəsizlik qüvvələrinin hərbi bazasının hədəf alınması nəticəsində 28 adam həlak olub. Üsyançılar gecə vaxtı Əsədə sadiq qüvvələrlə Dəməşqin civarında da vuruşublar.

Əsəd beynəlxalq ictimaiyyətin zorakılılqara son qoymaq barədə çağırışlarını qulaqardına vurmaqda davam edir.

“Mən Suriya hökumət qüvvələrinin Homsdakı qəddar hücularından dəhşətə gəlirəm. Mən Suriya rejiminin öz xalqına qarşı bu növ əməllərini ən sərt formada pisləyirəm,” deyə Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Katerin Aşton bildirib.

XS
SM
MD
LG