Accessibility links

Sentyabr ayında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ad gününə həsr edilmiş tədbirlər keçirilib


Sentyabr ayında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ad gününə həsr edilmiş tədbirlər keçirilib
Sentyabr ayında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ad gününə həsr edilmiş tədbirlər keçirilib

Azərbaycanın xalq artisti Ramiz Quliyev Üzeyir Hacıbəylinin yaradıçılığına həsr edilmiş gecələrdən birinin Budapeçt şəhərində keçirildiyini dedi

Bu günlər Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ad gününə həsr edilmiş tədbirlər keçirilib.

Azərbaycanın tanınmış musiqiçisi Ramiz Quliyev tədbirlərin bu il həmişəkindən daha geniş qeyd edildiyini dedi. O, beynəlxalq musiqi festivalının və təmtəraqlı tədbirlərin keçirildiyini bildirdi. Onun sözlərinə görə, dahi bəstəkarın yaradıcılığına həsr edilən tədbirlər həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda daha geniş şəkildə keçirilib.

Ramiz Quliyev belə bir tədbirin Azərbaycanın Macarıstandakı səfriliyinin, səfir Vilayət Quliyevin təşəbbüsü ilə Budapeştdə də keçirildiyini bildirdi. O, gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevlə birlikdə Üzeyir Hacıbəyli və Azərbaycanın dıgər məşhur bəstəkarlarının əsərlərindən ibarət musiqi gecəsinin keçirildiyini dedi.

Ramiz Guliyev bildirdi ki, müsiqi festivalı bundan sonra Bakıda davam etdirilib. Bu münasibətlə Vyana kamera orkestri Bakıya dəvət edilb. Konsertdə Eyyub Quliyevin dirijorluq etdiyi Vyana kamera orkestrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Azərbaycan və xarici bəstkarların əsərləri də ifa edilib.

Ramiz Quliyev musiqi festivalının Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət vəTurizm Nazirliyi tərəfindən təşkil edildiyini bildirdi.

XS
SM
MD
LG