Accessibility links

"Səmimiyyət" və "Etibar"


"Səmimiyyət" və "Etibar" amerikalıların ABŞ prezidentliyinə namizədlər-demokrat Hillari Klinton və respublikaçı Donald Trampı təsvir etdikləri kəlmələr deyil.

Gallup-un keçirdiyi son rəy sorğuları amerikalıların yalnız 32 faizinin bu kəlmələri Klinton üçün işlətdikləri söz olduğunu göstərib. 36 faiz bu kəlmələrlə Trampı təsvir edib.

Göstəricilərdə sentyabr ayı ilə müqayisədə cüzi fərq müşahidə edilir. O vaxt Klintonun səmimiyyəti 34, Trampın isə etibarlılığı 33 faizlə izah edilmişdi.

Gallupun sorğuları amerikalıların 50 faizinin Klintonun böhranlara lazımi cavab verəcəyini düşündüklərini göstərib. Tramp bu baxımdan 36 faiz dəstək alıb.

Bir çox seçicini namizədlərə verən dəstəyin çox yaxın olması təəccübləndirib. Belə ki, Klintonun elektron poçt qalmaqalı, Trampın isə qadınlar, afro-amerikalılar, ispandillilər barədə dedikləri seçiciləri bir daha düşünməyə vadar edib.

Jay Z, Beyonse və Klinton
Jay Z, Beyonse və Klinton

Bu arada namizədlər kampaniyalarının əsas ştatlarda davam etdirir. Tramp Nyu Cersidə tərəfdarları ilə görüşməli idi.

Onun qubernator Kris Kristi ilə təbbiri qubernatorun iki yardımçısının Corc Vaşinqton körpüsündə yolların bağlanması ilə bağlı qalmaqalda günahkar tanındıqdan sonra təxirə salınıb.

Klinton bu gün Filadelfiyada Keti Perrinin konsertinə ev sahibliyi edəcək.

Dünən demokrat namizəd Hillari Klinton Miçiqan və Ohayo ştatlarında müsiqiçilər Jay Z və Beyonse ilə barədər tərəfdarlarının qarşısına çıxıb.

Respublikaçı namizəd Donald Tramp isə Nyu Hempşir, Ohayo və Pennsilvaniya yürüşlərinə qatılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG