Accessibility links

ABŞ-da prezidentliyə namizədlər Ayova kokusuna hazırlaşır [Video]


ABŞ prezident seçkiləri prosesinə start verən Ayova kokusuna artıq bir neçə gün qalıb. Respublikaçı və Demokrat namizədlər isə seçicilərin səslərini qazanmağa çalışır. Ayova və ondan iki həftə sonra Nyu Hempşirdə keçirilən seçkilərin nəticələri noyabrda keçirilən ümümmilli seçkilərdə kimin qalib ola biləcəyi ilə bağlı proqnozlar verə bilər.

Hillari Klinton

Hillari Klinton

Respublikaçılar tərəfində Donald Tramp irəlidədir, Demokratlarda isə Hillari Klinton və Benri Sanders arasında qızğın rəqabət gedir. Bundan əlavə digər bir insan müstəqil namizəd kimi seçkilərdə iştirak etməyi nəzərdən keçirir.

Mübahisəli bəyanatları, təhqiredici iradları və bəzilərinin fikrincə daxili və xarici məsələr barədə kifayət qədər biliyə sahib olmayan Donald Tramp Respublikaçılar tərəfindən ən öndə gedən namizəddir. Bu hal onun qarşısıalınamaz lovğalılığına səbəb olub.

“Mən Nyu Yorkda Beşinci Avenyuda küçənin ortasında kimisə güllələsəm də, səslərimi itriməyəcəm,” deyə o bəyan edib.

Trampın populyarlığının bir səbəbi də qeyri-qanuni mühacirətlə bağlı sərt mövqedir.

“Bu ölkədə hazırkı iqtisadiyyatı nəzərə alaraq, biz ölkəyə qanuni daxil olmaq istəməyən insanları işlə təmin edə bilmərik.”

Berni Sanders

Berni Sanders

Əminliyinə baxmayaraq, Tramp Ayovadakı qalibiyyətin zəruriyyətini anlayır.

“İndi böhran zamanıdır. Mən Ayovada qalib gəlmək istəyirəm, mən bunu həqiqətən istəyirəm.”

Texas senatoru Ted Kruz Trampdan 10 faizi geridədir. Amma o, Ayovada bir fərqlilik yaradcağına ümid bəsləyir.

“Əgər biz konstitusiyamızın arxasında dursaq, biz Vaşinqton üçün mövcud olan son ümidi bərpa edəcəyik.”

Demokratlar tərəfindən isə Vermont senatoru Berni Sandersə dəstək artır və bəzi yerlərdə o, Hillari Klintonla eyni dəstəyə sahibdir. Onun böyük dəstəkçiləri əsasən də həmişəki siyasətdən bezən gənc seçicilərdir.

Donald Tramp

Donald Tramp

“Onlar bu ölkənin yeni istiqamətdə irəliləməsini istəyirlər. Onlar siyasi inqilabın bir hissəsi olmaq istəyirlər.”

Sanders Birləşmiş Ştatlarda artan bərabərsizlik və pulun siyasətə təsirini tənqid edir.

“O, böyük şirkətlər tərəfindən maaliyyələşdirilmir. O, fərdi donorlar tərəfindən maaliyyələşdirlir. Hillari Kliton isə Demorkat olsa da oyun oynayır. O bütün böyük şirkətlər tərəfidnən maaliyyəşləşdirilir. Mən də bunun əleyhinəyəm.”

Nyu Yorkdan gələn məlumatda bildirilir ki, əgər Sanders Hillari Kliton üçün təhlükə olmağa başlasa, şəhərin sabiq meri Maykl Blumberq prezidentliyə namizədliyini irəli sürəcək. Dünyanın ən zəngin adamlarından sayılan milyarder seçki kampaniyasını özünün maliyyələşdirəcəyini və seçkilərdə müstəqil namizəd kimi iştirak edəcəyini bildirib.

XS
SM
MD
LG