Accessibility links

ABŞ-da prezident seçkilərinə 2 ay qalır


ABŞ-da prezident seçkilərinə 2 ay qalır. Lakin siyasi kampaniyaları bəziləri üçün sonsuz görünür. Buna görə də bəzi ştatlarda səsvermə bu aydan-ilk ümummilli seçki debatlarından əvvəl keçirilir.

Amerikanın 50 ştatından 3-də 1-də erkən seçkilər qanuni hesab edilir. Bu ştatlarda seçki məntəqlərinə gələ bilməyənlərin səsi poctla da qəbul edilir.

Ədatən erkən seçkilər seçki gününə iki-üç həftə qalmış keçirilir. Bəzi ştatlarda isə buna daha tez imkan yaradılır.

Minnesota və Cənubi Dakota debatlara üç gün qalmış, yəni sentyabrın 23-də səsvermə keçirəcək ilk ştatlardır. Debatlar respublikaçı və demokrat namizədlər Donald Tramp və Hillari Klintonu qarşılaşdıracaq.

Kampaniyaların son ayları çox şey baş verə bilər. Seçicilər reklamlar, namizədlər, vitse-prezidentlik uğrunda yarışları izləməli olacaq.

Bu gün ABŞ-da Əmək bayramı günü də hər iki namizəd yürüşlərini davam etdirir. Klintonla Tramp seçkilərdə böyük əhəmiyyət kəsb edən Ohayo ştatının Klevlend şəhərində fəhlələrlə görüşlər keçirir.

Axşama yaxın Tramp seçki kampaniyasını Ohayonun Yanqstaun, Klinton isə İllinoiz ştatının Hampton şəhərində davam etdirəcək.

Demokrat Hillari Klinton və respublikaçı Donald Tramp arasında fərqə gəlincə isə Klinton son 4-6 həftə ərzində irəlidə gedib. Lakin Trampım kampaniyaları bu göstəriciləri olduqca yaxınlaşdırıb.

Trampa dəstək Demokratların Qurultayından sonra artmağa başlayb.

Son rəy sorularına görə, Klinton Trampdan cəmi 4 xal irəlidədir. Demokrat namizəd noyabr seçkilərinin qalibini müəyyən edəcək əsas ştatlarda da üstünlüyünü saxlamaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG