Accessibility links

ABŞ seçki kampaniyasının gündəmində iqtisadi məsələlər [Video]


Son həftələr immiqrasiya, milli təhlükəsizlik və terrrola mübarizə məsələləri 2016-ci il prezident kampaniyasında ABŞ iqtisadiyyatını arxa planda qoyub. Lakin ölkənin iqtisadi gələcəyi bir çox amerikalınının ağlındadır, çünki onlar iş perspektivləri və artan gəlir ədalətsizliyindən narahatdır.

Bizim çox yüksək istehsal gücümüz var, amma tələbat azdır. Bunun bir səbəbi də qlobal iqtisadiyyatın çox zəif olmasıdır.

Suca Cozef Vaşqintona yaxın Merilendin Kolumbiya şəhərində işsizlərin yenidən öz ayaqları üzərində durmalarına kömək etmək üçün seminar keçirir.

O, son bir neçə il ərzində iş yerlərinin sayında fərq müşahidə etdiyini deyir.

“Bəzi iş axtaran insanlar deyir ki, bura ilk gələndə müraciət etdikləri iş yerlərindən cavab almırdılar, amma indi iş verənlər özləri onları tapır və bu, onları gücləndirir.”

Prezident Barak Obama yeddi il öncə tənəzzül dövründə hakimiyyətə gəldi. O zamandan bəri ABŞ-da işsizlik səviyyəsi iki dəfə azalaraq, hazırda 5 faiz təşkil edir və bu müddət ərzidə 13 milyon yeni iş yeri yaranıb.

“Bəli, iqtisadiyyat güclənir, iş yerləri də artır. İşçi qüvvəsi bazarında göstəricilər artıb. Hətta bu il ərzində əmək haqqının da aratacağı barədə bəzi əlamətlər var," deyə Baltimorda fəaliyyət göstərərn iqtisadçı Anirban Basu bildirir.

ABŞ-da işsizlik səviyyəsi

ABŞ-da işsizlik səviyyəsi

Amma onun fikrincə, bu rəqəmlərin arxasında qarışıq bir mənzərə var və bu, 2017-ci ildə ABŞ iqtisadiyyatını qeyri-müəyyən olacağına işarədir.

“Bizim çox yüksək istehsal gücümüz var, amma tələbat azdır. Bunun bir səbəbi də qlobal iqtisadiyyatın çox zəif olmasıdır. Bu yeni ildə Çin iqitisadiyyatı ilə bağlı da çox sayda pis xəbərlər əldə olunub.”

Merilenddə öz geyim kolleksiyalarını hazırlayan tələbələr Hüza Mulinzi, Frederik Torrens və Denneı Hammond- da iqtisadiyyatın gələn ildə qeyri-müəyyən olacağını düşünür.

Bəli, iqtisadiyyat güclənir, iş yerləri də artır. İşçi qüvvəsi bazarında göstəricilər artıb. Hətta bu il ərzində əmək haqqının da aratacağı barədə bəzi əlamətlər var.

“Biz hər zaman yaradıcı olmuşuq. Mən hər zaman yaxşı bacaradığım işlə məşğul olub, bundan xeyir əldə etməyi düşünürdüm.”

“Biz bu şirkəti ona görə qurduq ki, universiteti bitirəndə önümüzdə sadəcə bir kağız parçası deyil, hazır şirkətimiz olsun ki, tələb borclarımız barədə narahat olmayaq.”

Anasının işdən çıxarılmasından sonra əziyyət çəkdiyini gördüyü üçün 21 yaşlı Heza Mulinzi universiteti bitirdikdən sonra maddi baxımdan müstəqil olmağa çalışır.

“O, çox işləyir, amma haqqı olanı ala bilmir. Mən inanıram ki, insan özü işləyib müstəqil şəkildə maddi baxımdan sabit olmalıdır.”

Uzun zamandır dostluq edən bu üç tələbə sabit iqtisadi gələcəklərini köhnə üslublu Amerika sahibkarlığı üzərində qurub.

XS
SM
MD
LG