Accessibility links

Seçkilər yaxınlaşdıqca namizədlər çoxlu pul xərcləyirlər


ABŞ-da prezident seçkilərinə dörd ay qalmış Respublikaçı namizəd Mitt Romni çoxlu pul xərcləyərək kampaniyasına yeni işçilər cəlb edir, Barak Obamanın tərəfdarları isə TV ekranlarını prezidenti təbliğ edən reklamlarla doldururlar.

Obamanın xərcləri hələ ki, Romninin xərclərini xeyli üstələyir. Bu pulların çoxu elektron media məkanında reklamlara sərf olunur. Respublikaçı namizəd isə pulu daha çox kampaniya infrastrukturuna yatırır ki, bu prosesi Obama artıq bir neçə ay öncə bitirib.

Rəy sorğuları yarışın bərabər getdiyini göstərir.

Obamanın kampaniyası iyun ayında 58.1, Mitt Romni isə 27.5 milyon dollar xərcləyib. Obama rəqibini seçicilərə pis işıqda təqdim edən reklamlar sərgiləyib.

Romni üçün əsas maneələrdən bir odur ki, rəsmən Respublikaçılar Partiyasının namizədi kimi təsdiq edilənədək onun bəzi sahələrə pul xərcləməsinə federal qanunlar məhdiduyyət qoyur. Kampaniya bir donordan maksimum 5,000 dollar ala bilər. Lakin partiya qurultayınadək namizəd bunun yalnız yarısını xərcləyə bilər.
XS
SM
MD
LG