Accessibility links

Azərbaycanlılar Gürcüstan seçkilərində fəallıq nümayiş etdirməyib [Audio]


Arif Hajili
Arif Hajili
Gürcüstanın parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edən Müsavat partiyasının başqan müavini və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Cənubi Qafqaz regionu ilə müqayisədə bu seçkilərin azad və ədalətli keçdiyini bildirib.

O, sərbəst toplaşma azadlığının tam şəkildə təmin edilməsi, Azərbaycan və Ermənistanla müqayisədə Gürcüstanda korrupsiya ilə mübarizənin real nəticələr verməsinə baxmayaraq, Gürcüstanda demokratiyanın hələ də mükəmməl olmadığını deyib. Arif Hacılı insan haqları və demokratik azadlıqlar sahəsində müəyyən problemlərin mövcud olduğunu vurğulayıb.

“Rusiya yönümlü müxalifətin qələbəsi Gürcüstan-Rusiya münasibətlərinə nə kimi təsir bağışlaya bilər?” sualının cavabında
Müsavat partiyasının başqan müavini bu qələbəni Rusiya yönümlü müxalifətin qələbəsi hesab etmədiyini deyərək, bunun Gürcüstan xalqının iradəsinin nəticəsi olduğunu bildirib.

Gürcüstan seçkilərinin ədalətli keçməsi Azərbaycana nümunə ola biləcəyini qeyd edən Arif Hacılı Gürcüstanda gedən demokratik proseslərin Azərbaycana müsbət təsirindən də danışıb.

Müşahidəçi yerli azərbaycanlıların seçkilərdəki qeyri-fəallığını təəssüf hissi ilə dilə gətirib. O deyib ki, 50 minə yaxın azərbaycanlı Gürcüstanın siyasi proseslərində yaxından iştirak etməlidir.

please wait

No media source currently available

0:00 0:05:12 0:00
Direct link
XS
SM
MD
LG